Nimba dağı Təbiət Qoruğu

Nimba dağı Təbiət QoruğuQvineyaKot-d'İvuar ərazisində yerləşən, Qvineyada 12540 hektar, Kot-d'İvuarda isə 5000 hektar olmaqla 17.540 hektarlıq ərazini əhatə edən qorunana təbiət ərazisi və UNESCO-nun Ümumdünya irsi ərazisi.

Nimba dağı Təbiət Qoruğu
Réserve naturelle intégrale du mont Nimba
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu)
Sahəsi 17,540 ha
Yaradılma tarixi 1944
Yerləşməsi
7°36′11″ şm. e. 8°23′28″ q. u.
Ölkələr
Nimba dağı Təbiət Qoruğu xəritədə
Nimba dağı Təbiət Qoruğu
Nimba dağı Təbiət Qoruğu
Rəsmi adıMount Nimba Strict Nature Reserve
TipiTəbii
Kriteriya(ix), (x)
Tarixi1981 (5-ci sessiya)
İstinad nöm.155
ÖlkəQvineyaKot-d'İvuar
RegionAfrika
Təhlükədə1992- günümüz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qoruq Nimba silsiləsinin əhəmiyyətli hissələrini,yerli endemik növlərin də daxil olduğu qeyri-adi dərəcədə zəngin florafaunası olan coğrafi baxımdan unikal bir ərazini əhatə edir. Ən yüksək zirvəsi hər iki ölkənin ən yüksək zirvəsi olan 1.752 m (5.750 ft) hündürlüyündəki Nimba dağıdır.

Tarix

Təbiət qoruğu Kot d'İvuarda 1943-cü ildə 4190 SE/F Sərəncamı ilə, Qvineyada isə 1944-cü ildə yaradıldı. Qvineya hissəsi 1980-ci ildə biosfer qoruğu olaraq qəbul edildi. Hər iki ehtiyat 1981 (Qvineya) və 1982-ci ildə (Kot d'İvuar) ümumi bir Ümumdünya irsi sahəsi yaratmaq üçün birləşdirildi.[1] 1992-ci ildə ərazidə mədən üçün dəmir filizi kəşfiyyatı başlandı və qoruq o vaxtdan bəri UNESCO-nun Təhlükədə olan Dünya İrsinin siyahısına daxil edilmişdir.[2] Ərazidə təkmilləşdirilmiş bir qoruma naminə Qvineya Parkları Vəqfi tərəfindən bir konservasiya idarəetmə mərkəzi qurulub. Layihə 2016-cı ildə Qvineya Hökuməti və CEGENS tərəfindən təsdiqlənmişdir.

Coğrafiya

Nimba silsiləsi şimali-cənub-qərb istiqamətə yönəlmiş, təxminən 40 km-ə qədər uzanan dar bir silsilədir. Bura Qvineyanın dağlıq ərazilərinin cənub hissəsinin bir hissəsini təşkil edir. Ən yüksək zirvəsi 1,752 metr (5,748 ft) olan Riçard-Molard dağıdır. Kavalli, Kestos və Sassandra çaylarının mənbəyi də daxil olmaqla təxminən əlli bulaq var. Yüksək keyfiyyətli dəmir filizi mədəni unikal geomorfologiya və vəhşi təbiət üçün böyük təhlükə yaradır.

İqlim

Nimba silsiləsi sub-ekvatorial iqlimə malikdir. Temperatur yüksəkliklə birlikdə son dərəcə dəyişir. Gündüz ən yüksək temperatur 24 °C və 33 °C arasında dəyişir, gecə ən aşağı temperatur isə 10 °C-dən aşağı düşə bilir. Yüksək silsilənin təsiri ilə əlaqədar bəzi yerlərdə yağıntılar xeyli az olur. Ümumilikdə cənub yamacları Böyük Səhranın quru Harmatan küləyindən təsirlənən şimal yamaclarına nisbətən daha rütubətlidir. Nimba silsiləsi, qoruq kimi müstəsna mikroiqlim müxtəlifliyinə malikdir.

Ekologiya

Nimba dağı Təbiət Qoruğu Qərbi Afrika biomüxtəliflliyinin qaynar nöqtəsində, Qvineya meşələri ərazisində yerləşir. Özünəməxsus zəngin bir flora və faunanı saxlayır və 2000-dən çox bitki, 107-si məməlilərdən ibarət olan 317 onurğalı və 2500-dən çox onurğasız növünün evidir.

Qoruq bioloji tədqiqatların mövzusudur, çünki ərazidə hələ də çox sayda naməlum növ var. Bunlara xüsusilə Nimbaphrynoides occidentalis, Hipposideros lamotteiMicropotamogale lamottei kimi endemik onurğalıları misal göstərmək olar. Digər nadir və nəsli kəsilməkdə olan heyvanlara Qərbi Afrika aslanı (Panthera leo senegalensis), piqmey begemotu (Choeropsis liberiensis), Cephalophus zebra və daş alətlərdən istifadə edən qərbi Afrika şimpanzesi (Pan troglodytes verus) daxildir.

Turizm

Nimba dağı, hər üç ölkənin də paytaxtından çox uzaq olan Qvineya, Kot-d'İvuarLiberiyanın trinasiya sərhədi boyunca yerləşir. Dağa çatmaq üçün hər üç ölkədə, rütubətli meşələr içindəki asfaltlanmış yollarda 4×4 avtomobil ilə yorucu bir günlük sürücülük tələb olunur. Bu təcrid Afrika səviyyəsində bənzərsiz sayılan qeyri-adi mənzərələrinə və vəhşi təbiətinə baxmayaraq illik ziyarətçilərin sayının az olmasının əsas səbəbidir.

Qalereya

İstinadlar

  1. Centre, UNESCO World Heritage. "Mount Nimba Strict Nature Reserve". whc.unesco.org (ingilis). 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-19.
  2. Centre, UNESCO World Heritage. "Mount Nimba Strict Nature Reserve". whc.unesco.org (ingilis). 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-19.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.