Nilufər Xatun
Nilüfər Xatun (XIII əsr, Bizans imperiyası – XIV əsr, Osmanlı imperiyası) — Yarhisar Təkfurunun qızı, Orxan Qazinin xanımı və I Muradın anasıdır.
Nilüfər Xatun | |
---|---|
Holofira | |
![]() Əri I. Orxanın türbəsindəki məzarı | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Bursa |
Həyat yoldaşı | Orxan Qazi |
Uşaqları | I Murad, Şahzadə Qasım |
Partnyoru | |
Fəaliyyəti | Əsilzadəlik |
Həyatı
Əsl adı Holofiradır. Müsəlman olduqdan sonra "Nilüfər" adını almışdır. Orxan Qaziylə evləndirilmədən öncə Biləcik Təkfurunun oğluyla nişanlı idi. Osmanlıların Biləciyi ələ keçirməsi zamanı toy mərasiminə edilən basqınla əsir alındığı və Osman Qazi tərəfindən oğlu Orxan Qazi ilə evləndirildiyi söylənilir. Bursa və ətrafında inşa etdirdiyi məscidlər və elədiyi xeyriyyə işləri ilə xalq tərəfindən çox sevilmişdir. Qəbri Bursadakı Orxan Qazi türbəsinə dəfn edilmişdir. İznikdə öz adını daşıyan bir imarətxanası var.
Həmçinin bax
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.