Nils Dalen

Nils Dalen - AGA cooker Dalen light ın ixtiraçısı, AGA şirkətinin yaradıcısı, Fizika üzrə Nobel mükafatının sahibi isveçli alim. 1912-ci ildə fənərlərin açılmasında istifadə edilən qaz akkumulyator ilə birlikdə istifadə olunan avtomatik tənzimləyicini icad etməsi ilə əlaqədər Nobel fizika mükafatını qazanmışdır.

Nils Dalen
isv. Nils Gustaf Dalén[1]
Doğum tarixi
Doğum yeri İsveç, Stentorp
Vəfat tarixi (68 yaşında)
Vəfat yeri Stokholm, İsveç
Vətəndaşlığı İsveç
Elm sahəsi Fizika
Elmi dərəcəsi professor
İş yeri AGA
Təhsili
Üzvlüyü
Mükafatları Nobel mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gənclik illəri

Dale Vastra Götaland şəhərinin kiçik bir kəndi olan Stanstopda anadan olmuşdur. Ailəsinin fermasını idarə, sonra isə bostan, süd məhsulları və toxum ticarəti sahələrində genişlətdi. 1892-ci ildə süd yağını test edib südün keyfiyyətini ortaya qoyan bir alət icad etdi və bu yeni icadını Gustav de Lavala göstərmək üçün Stockholma getdi. De Laval icaddan çox məmnun qaldı və öz-özünü öyrədən Daleni sadə texniki təhsil alması üçün cəsarətləndirdi. Dalen Chalmers Texniki Universitetinə qəbul oldu. 1896-ci ildə master və doktorluq tamamlamış olaraq Chalmers Texniki Universitetini tərk etdi. Dalen tam Gustav də Lavalın tipində olan bir ixtiraçı idi.İmkansız şeyləri sınamaqdan qorxmazdı, lakin şirkət iqtisadiyyatı rəhbərliyində olduqca diqqətli davranırdı. Bir məhsulu bazara çıxartmazdan əvvəl bazarda iştirak edə biləcəyindən əmin olurdu.

AGA karyerası

1906-ci ildə Dalen bir asetilen istehsalçısı və paylayıcısı olan Qaz akkumulyator şirkətində baş mühəndis olaraq vəzifə almağa başladı. 1909-ci ildə bu şirkətdə müdirlik statusuna yüksəldi və şirkətin adını Svenska Aktiebolaget Gasaccumulator olaraq dəyişdirdi. AGA Dalenin məhsullarından istifadə edilən dəniz fənərlərini inkişaf etdirməyə başladı. 1910-ci ildə şirkət Lidinqodan böyük bir torpaq sahəsi aldı və 1912-ci ildə istehsal təsisinin tamamlanmasıyla Stokholmdan buraya köçdülər.

Həyatı boyunca AGA İsveçdə ən yenilikçi və ən böyük istehsala sahib olan şirkət oldu. Nəhayət 1970-ci illərin əvvəllərində AGA şirkəti daxil olduğu bazarların azalması səbəbiylə sənaye sahəsində istifadə olunan qazların istehsalı üzərində işləməyə başladı.

Dalen light

Dalen əvvəllər çox yanan karbohidrogen törəməsi olan bir qaz ilə- asetilen ilə çalışırdı. Dalen Aga adında bir bağlama vasitəsi icad etdi. Bu vasitə qazı hopdurub etibarlı bir şəkildə saxlayırdı və bu səbəbdən ticarət olaraq istifadə imkanı təmin edirdi.

Asetilen həddindən artıq parlaq ağ bir işıq saçırdı. Nəticə olaraq LPGdə donuq işığı olan dəniz fənərləri əvəzinə asetilen istifadə etməyə başladılar. Dalen yeni yanacağının istifadəsində işə yarayacaq günəş Valfleri adında yeni bir icad inkişaf etdirdi. Bu alət işığın yalnız gecə yanmasını təmin edən enerjiyə qənaət edirdi və fənərlərin istifadə ömrünü uzadırdı.Dalen Flasher adlı cihaz yaratdı. Cihaz qaz istehlakını yüzdə doxsan nisbətdə azaldırdı. Bu ardıcıl istehsal, sağlam və kiçik vasitələr Skandinaviya kimi dalğalı bir sahili daha üzünmüddətli və etibarlı saxlayırdı. AGA dəniz fənərləri bütün Panama Kanalını işıqlandırırdı.

AGA Cooker

Dalen 1922-ci ildə AGA cooker adlı bir cür soba olan icadının patentini almışdır. Sobanın üzərindəki təcrübələrini 1912-ci ildə AGA Lidinqoya köçdüyü bir vaxtda inşa etdiyi Villa Ekbakendəki fərdi mətbəxində reallaşdırmışdır. Lakin icadını öz gözləriylə görə bilməmişdir. Bunun səbəbi isə 1912-ci ildə bir test əsnasında olan partlamada gözlərini itirməsi olmuşdur. Sobanı inkişaf etdirməyi ailəsinin köməyi ilə həyata keçirmişdir.

Şəxsi həyatı

Dalenin valideynləri Anders və Lovisa Dalen olmuşdur. 1901-ci ildə Alma Persson ilə evlənmişdir. İkisi oğlan, ikisi qız olmaqla 4 uşaqları olmuşdur.

  • Maya Silfverstolpe ilə evlənmişdir. (1904-1995)
  • Gunnar (1905-1970)
  • Anders (1907-1994)
  • Inga-lisa Keen ile evlənmişdir. (1910-2006)

1912-ci ildəki qəza

1912-ci ildə Dalen akkumulyatorun maksimum təzyiqindəki reaksiyalarını ölçərkən asetilenden ötəri hazırlanmış partlamada gözlərini itirmişdir. Eyni ilin davamında Nobel Fizika Mükafatını qazanmışdır. Çox xəstə olduğu üçün Dalenin yerinə mərasimdə Karolinska İnstitutunda göz xəstəlikləri professoru olan qardaşı Albin Dalen qatılmışdır. Tanıtma təqdimatı, elmin inkişafı üçün öz fərdi təhlükəsizliyini təhlükəyə atmış Dalen iltifat xüsusiyyətində idi. Kor olmasına baxmayaraq Dalen AGA şirkətini 1937-ci ildən ölənə qədər idarə etmişdir. Həyatı boyunca 100 patentə sahib olmuşdur.

Mükafatlar

  • 1912-ci ildə Fzika üzrə Nobel mükafatı
  • İsveç Kral Elmlər Akademiyasının üzvü
  • Elm və Mühəndislik Akademiyasının üzvü

İstinadlar

  1. Dalén, Nils Gustaf // Sveriges dödbok 1830–2020 (швед.). 8 Sveriges Släktforskarförbund, 2021.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.