Nilometr
Nilometr — Nilin səviyyəsini ölçmək üçün inşa edilən tikili.
Nilometrlər Fironlar dönəmindən istifadə edilməyə başlanılır. Nil daşqınından sonra vadiləri zəngin humuslu torpaq örtürdü. Bundan sonra əkin dövrü başlayırdı. Zəif daşqınlar kütləvi aclığa səbəb olurdu. Belə ki, daha az ərazi bu zəngin humusla örtülürdü. Güclü daşqınlarda böyük fəlakətlərə səbəb ola bilirdi. Daşqınların həcmini müəyyən etmək məqsədi ilə Elefantina adası və Nilin axarı boyunca bu tip tikililər inşa edilmişdir.
Orta əsrlər dövründə nilometrlərin böyük qismi bərpa edilir. Hətta yeniləri belə inşa edilir. İllər üzrə qeydə alınmış rəqəmlər bü gündə yazılarda qorunur. Roda nilometrində ölçmələr 621-ci ildən aparılır. Bu isə dünyanın ən uzun müddətli və sistematik müşahidəsidir[1].
Hazırda 20 nilometr mövcudluğunu qoruyur. Onlar arasında Roda adasında olan Daşqınlar evi və Elefantina adasında olanlardır[2]. Nilometrlərdən biri Qahirədəki Müqəddəs Qeorqi kilsəsindədir[3].
Hazırda nilometrlər Misir tarixinin bir parçasıdır. 1960-cı ildə Asuan bəndinin inşası ilə nilometrlər əhəmiyyətini itirmişdir[4].
- Elefantina adasında yerləşən nilometr
- Elefantina adasında olan nilometrdəki pilləkən
- Roda adasındakı nilometr.
- Roda adasındakı nilometr. David Roberts tərəfindən çəkilən 1840-ci ilə aid rəsvir.
- Kom-Ombo məbədindəki nilometr.
İstinadlar
- "Nilometrlər". physiography.ru. 2019-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-17.
- "АСУАНСКАЯ ПЛОТИНА - история укрощения Нила". www.river-nile.info. 2019-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-17.
- "Müqəddəs Qeorqi kilsəsi". www.egyptologia.com. 2019-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-17.
- "Нил и ниломер: древние верования и современные приметы". www.river-nile.info. 2019-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-17.