Nilaq
Nilaq (fars. نیلق / Neyləq [1]) — İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Nilaq Kosar şəhristanının Mərkəzi bəxşinin Qərbi Səncəbəd kəndistanında yerləşir.
Nilaq | |
---|---|
37°41′33″ şm. e. 48°12′00″ ş. u. | |
Ölkə | |
|
2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 709 nəfər (kişilər: 358 nəfər - qadınlar: 351 nəfər) olmuşdur. Kənddə 143 ailə yaşayır[1].Kəndin əhalisi Azərbaycan türkləri dir və Azərbaycan türkçəsində danışırlar.[2]
Coğrafiyası
Ərdəbildən 85 km cənub-qərbdə, Givi şəhərindən 17 km qərbdə, 37° 42' 10.18" şimal enində və 48° 11' 57.10" şərq uzunluğunda, dəniz səviyyəsindən 1395 m yüksəklikdə yerləşir. Şimaldan Nəsrava, Şimal-şərqdən Gəncah, Şimal-qərbdən Təbrizək, cənub-şərqdən Hiris, qərbdən isə Üçbulaq, Bağçacıq, Pirbidağ və Pərdəsti kəndləri ilə əhatə olunub.
Əhali
Kəndin əhalisi azərbaycanlılardır və azərbaycanca danışırlar.[3]
İqtisadiyyatı
Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olmuşdur.
Təhsilin vəziyyəti
Kənddə ibtidai və orta məktəb fəaliyyət göstərir.
Din
Kənd əhalisinin 100% müsəlmandır və hamısı şiə təriqətinə (İsnə Əşəriyyə) məxsusdur.
Kəndin panoraması
İstinadlar
- "Statistical centre of Iran". 2009-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-09.
- N.Süleymani,"Givi tarix aynasında",Bağe rizvan Nəşriyyatı,Ərdəbil,2008 ci il ISBN 978-964-8358-65-0
- N.Süleymani,"Givi tarix aynasında",Bağe rizvan Nəşriyyatı, Ərdəbil, 2008-ci il ISBN 978-964-8358-65-0