Nil xanısı

Nil xanısı, ( Latinca: Lates niloticus) Xanıkimilər dəstəsinin Latidae fəsiləsinə aid balıq növü. Xüsusilə Nil çayı və Nil hövzəsindəki göllərdə, həmçinin Volta çayı, Seneqal çayı, Çad gölüViktoriya gölü kimi digər Afrika çay və göllərində yayılmışdır. Nil xanısının orta ölçüləri — uzunluğu 45-65 sm, çəkisi 10-20 kq-dır. Maksimum uzunluğu 200 sm, çəkisi isə 200 kq ola bilir. Bədəninin rəngi adətən gümüşü boz olur və beli uzunu gümüşü mavi rəngli zolaqlar keçir. Yırtıcı balıq olan Nil xanısı, kiçik balıqlar və xərçəngkimilərlə qidalanır. Yetkin Nil xanıları suyun dərinliklərində üzməyi seçdikləri halda, balacalar daha çox suyun dayaz yerlərində üzürlər. Bəzi xanıkimilərdə olduğu kimi Nil xanısının da qəlsəmə qapağında iti bir sümük çıxıntısı var. Həmçinin bu çıxıntılara gözləri və qəlsəmələri arasında da rast gəlmək olar. Onlar kiçik və tikan şəklindədirlər. 1950-1960-cı illərdə azalmaları müşahidə olunan Nil xanıları, çox aqressiv və təcavüzkar balıqlardır. Beləki, onlar yayıldıqları bölgələrdə 200-ə yaxın endemik növün nəslinin azalmasına səbəb olmuşdur. Məhz, bu xüsusiyyətinə görə Dünya Təbiəti Qoruma Təşkilatı (IUCN) "Təbiətə ən çox ziyan vuran 100 canlı növü"nün siyahısını tərtib edərkən, həmin siyahıda ilk yeri Nil xanısına vermişdilər.

Ovlanmış böyük Nil xanısı. Uzunluğu 1,8 m, çəkisi 140 kq

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.