Nikoya yarımadası
Nikoya (isp. Nicoya) — Mərkəzi Amerika ərazisində, Kosta-Rikanın şimal-qərbində yerləşən yarımada.
Nikoya yarımadası | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 1074 km² |
Yerləşməsi | |
10°03′14″ şm. e. 85°28′00″ q. u. | |
Akvatoriya | Sakit okean |
Ölkə | Kosta-Rika |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
Yarımada Nikoya körfəzini Sakit okeandan ayırır. Yarımadanın sahəsi 1074,95 km² təşkil edir. Yarımadanın şimalı Quanakaste, cənubu isə Puntarenas vilayəti ərazisinə daxildir. Ən hündür nöqtəsi Serro-Asul (1018 m) dağıdır. Ərazisindən axan ən uzun çay Tempiskedir. İqlimi isti və qurudur. Yarımadanın bitki və heyvanlar aləmi rəngarəngdir. Ərazisində üç milli park vardır: Barra-Onda Milli parkı, Diriya Milli parkı, Las-Baulas Milli parkı.
Ən iri şəhərləri: Nikoya, Filadelfiya, Santa-Krus. Nikoya şəhəri Kosta-Rika ərazisidə yerləşən ən qədim şəhərdir və 1523 ildə salınmışdır. Burada 20 000 nəf. (2000) yaşayır.
Tarixi
1930 ildə Dikvis çayında Dokolumbov sivilizasiyasına aid arxeoloji abidələr aşkarlanmışdır[1].
Yarımadanı avropalılar ilk dəfə 1518-ci ildə Qaspar de Espinosanın ekspedisiyası zamanı kəşf edilmişdir[2]. İspan imperiyası dönəmində 1814-cü ildə Quanakaste vilayəti Nikoraquadan ayrılaraq Kosta-Rikaya birləşdirilir. Birləşmə 25 iyul 1825-ci ildə referemdumla təstiqlənmişdir. Bu gün Kosta-Rikada milli bayram kimi qeyd edilir[3].
İstinadlar
- Brian Haughton. Hidden History: Lost Civilizations, Secret Knowledge, and Ancient Mysteries. Career Press, 2007. ISBN 1-56414-897-1. Pages 120–124.
- "İspanların açılışları". 2011-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-07.
- "Quanakastenin birləşdirilməsi günü". 2011-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-07.
Mənbə
- Yarımadanın videosu Youtube.com
- Monge Nájera, Julián (2004) (en español). Historia Natural de Guanacaste. EUNED. pp. 213 páginas. ISBN 9968-31-348-3.
- González, Carmen Rocío (1998) (en español). Geografía física de Costa Rica. EUNED. pp. 163 páginas. ISBN 9977-64-978-2.