Nikolay Semaşko

Nikolay Semaşko (lat. Никола́й Алекса́ндрович Сема́шко; 8 (20) sentyabr 1874, Livenskaya[d], Orlov quberniyası[d]18 may 1949[1], Moskva, RSFSR, SSRİ[1]) — həkim, partiya və dövlət xadimi, SSRİ-nin səhiyyə sisteminin qurucularından biridir.

Nikolay Semaşko
rus. Николай Александрович Семашко
Doğum tarixi 8 (20) sentyabr 1874
Doğum yeri
Vəfat tarixi 18 may 1949(1949-05-18)[1] (74 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elm sahələri tibb, siyasət
İş yerləri
Təhsili
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Moskvanın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Moskvanın 800 illik xatirəsinə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Nikolay Semaşko Lipetsk vilayətində sadə pedaqoq ailəsində dünyaya gəlmişdir. 1891-ci ildə Yelets qimnaziyasında təhsil alır, daha sonra təhsilini Moskva Universitetinin tibb fakultəsində davam etdirir. 1906-cı ildə İsveçrəyə emiqrasiya olunub, Cenevrədə yaşayıb, harada ki, siyasətçi Vladimir Leninlə görüşüb. 1907-ci ildə Semaşko 2-ci Beynəlxalq Ştutqart Konqresində Cenevrə bolşevik təşkilatının nümayəndəsi olur. Tiflisdə izlənilən Sarra Raviçin Semaşkoya məktub göndərməsi səbəbilə həbs edilir (bəzi mənbələrə görə 377 gün). 1913-cü ildə o, Serbiya və Bolqarıstan sosial-demokratik hərəkatında iştirak edir.

Demək olar ki, müasir Rusiyanın ilk sovet komissarı Semaşko dünya ölkələrində istifadə olunacaq yeni tibb modeli yaradır. Oktyabr inqilabından sonra o, Moskva Sovetində tibb-sanitar şöbəsinə rəhbərlik edir.

1918–1930-cu illərdə Semaşko Rusiyanın xalq səhiyyə komissarı olur. 1927-ci O, qida institutunun yaradılması ilə bağlı məsələ qaldırır. Belə bir institut 1930-cu ildə Mərkəzi Dövlət Qida İnstitutu adı altında yaradılır.

Semaşko ömrünün sonunadək (1949-cu il) Rusiya tibbinə, o cümlədən, dünya tibb sahəsinə böyük töhfələr verir. 1949-cu ildə O, Moskva qəbirstanlığında dəfn olunur.

Xatirəsi

Əvvəllər, indiki 1 saylı Bakı şəhər klinik xəstəxanası Semaşko adlandırılırdı.

İstinadlar

  1. Семашко Николай Александрович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.