Nikolay Saakov

Nikolay Vartanoviç Saakov (erm. Նիկոլայ Վարդանովիչ Սահակով; 10 iyun 1908, Qroznı, Terek vilayəti19 oktyabr 1973, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti Baş Maddi-Texniki Təchizat İdarəsinin rəisi (1965–1973), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1954–1957), Azərbaycan SSR Ali Sovetinin IV–VIII çağırış deputatı.

Nikolay Saakov
bayraq
Azərbaycan SSR Nazirlər Soveti Baş Maddi-Texniki Təchizat İdarəsinin rəisi
bayraq2
20 oktyabr 1965 19 oktyabr 1973
Əvvəlkiqurum yaradılıb
SonrakıRəhim Hüseynov
bayraq
Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası sədrinin birinci müavini
bayraq2
6 iyun 1957 20 oktyabr 1965
SədrSabit Orucov
Süleyman Vəzirov
19 may 1954 6 iyun 1957
SədrSadıq Rəhimov
Şəxsi məlumatlar
Doğum tarixi 10 iyun 1908(1908-06-10)
Doğum yeri
Vəfat tarixi 19 oktyabr 1973(1973-10-19) (65 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Rütbəsi polkovnik-leytenant

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni "Şərəf nişanı" ordeni
1-ci dərəcəli "Stalin" mükafatı Azərbaycan SSR əməkdar mühəndisi

Həyatı

Nikolay Vartanoviç Saakov 1908-ci ildə Qroznı şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1927-ci ildə ikinci dərəcəli məktəbi bitirmiş, 1933-cü ildə isə Azərbaycan Politexnik İnstitutunu bitirərək mühəndis-arxitektor ixtisasını almış və Türkmənistan ağır sənaye ittifaqının istehsalat şöbəsinin mühəndisi vəzifəsinə göndərilmişdir. Fəhlə-Kəndli Qızıl Ordusu sıralarında bir il xidmət etdikdən sonra o, Qroznıdakı "Krasnı molot" zavodunda quraşdırma sexinin rəisi vəzifəsində işləmişdir.[1]

1935-ci ilin fevral ayında Nikolay Saakov Bakıya gələrək müxtəlif tikinti təşkilatlarında çalışmışdır. 1939-cu ilin əvvəllərində Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin arxitektura-planlaşdırma şöbəsinin rəisi təyin edilmişdir.[1] 1941-ci ilin iyul ayından Azərbaycan SSR xalq daxili işlər komissarının müavini, Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı İdarəsinin rəisi olmuşdur. 1946-cı ildən neft sənayesi sistemində bir sıra tikinti təşkilatlarına başçılıq etmişdir.[2] 1949-cu ildən 1951-ci ilədək Azərbaycan Dəniz Neft Birliyi rəisinin müavini, sonra üç il "Baş qərb neft tikintisi" tikinti-quraşdırma trestinin rəisi vəzifələrində işləmişdir.[1]

Nikolay Saakov 1954-cü ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1957-ci ildən isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası sədrinin birinci müavini vəzifələrində işləmişdir.[2] 1965-ci ilin oktyabr ayından həyatının sonunadək Azərbaycan SSR Nazirlər Soveti Baş Maddi-Texniki Təchizat İdarəsinə başçılıq etmişdir.[3]

Nikolay Saakov 1939-cu ildən ÜİK(b)P (Sov. İKP) üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin IV–VIII çağırış deputatı seçilmişdir.[4] O, 1956–1963-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, 1964-cü ildən isə üzvlüyünə namizəd olmuşdur.[5]

Xəzərdə dəniz yataqlarının kəşfində göstərdiyi xidmətlərə görə Nikolay Saakova 1951-ci ildə 1-ci dərəcəli "Stalin" mükafatı verilmişdir. Bundan əlavə, üç dəfə "Qırmızı əmək bayrağı" ordeni, eləcə də "Qırmızı ulduz", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir.[3] "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür.[2]

Nikolay Saakov 1973-cü il oktyabrın 19-da 65 yaşında vəfat etmişdir.[3] Oktyabrın 20-də Fəxri Xiyabanda dəfn olunmuşdur.[6]

İstinadlar

  1. Никалај Вартанович Сааков // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 506.
  2. Сааков Николај Вартанович // Азәрбајҹан ССР Али Советинин депутатлары. Алтынҹы чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1965. С. 273.
  3. Н. В. Сааков // Коммунист. № 247 (15462). 20 октјабр 1973-ҹү ил. С. 3.
  4. Сааков Николај Вартанович // Азәрбајҹан ССР Али Советинин депутатлары. Сәккизинҹи чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1973. С. 303.
  5. Saakov, Nikolay Vartanovich // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 533.
  6. Н. В. Сааковун дәфни // Коммунист. № 248 (15463). 21 октјабр 1973-ҹү ил. С. 3.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.