Nikolay Rubakin

Nikolay Aleksandroviç Rubakin (1 (13) iyul 1862[1][2] və ya 13 iyul 1862[2], Lomonosov, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası23 noyabr 1946[1][3][…], Lozanna, Vo kantonu, İsveçrə[3]) — yazıçı, kitabxanaçı.

Nikolay Rubakin
Doğum tarixi 1 (13) iyul 1862[1][2] və ya 13 iyul 1862(1862-07-13)[2]
Doğum yeri
Vəfat tarixi 23 noyabr 1946(1946-11-23)[1][3][…] (84 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
  • Sankt-Peterburq Universitetinin Fizika və Riyaziyyat fakültəsi[d]
Fəaliyyəti yazıçı, biblioqraf
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1862-ci il iyul ayının 13-də Oraniyenbaum (indiki Lomonosov şəhərində) tacir ailəsində anadan olmuşdur. Atası Oraniyenbaum şəhərinin başçısı olmuşdur.

O, on iki yaşında olarkən məcara romanı və pyes yazmış, on üç yaşında "Стрела" əlyazma jurnalını çap etdirmiş, on altı yaşında isə "Uşaq mütaliəsi" adlı ilk məqaləsi nəşr olunmuş və bu məqalədən qonorar da almışdı.

N. A. Rubakin Peterburq Universitetinin 3 fakültəsini – tarix-filologiya, təbiətşünaslıq və hüquq fakültələrini bitirmişdir. Lakin buna baxmayaraq öz həyatını kitabxana işinə həsr etmişdir. Nikolay Aleksandroviçin XIX əsrdə Rusiya kitabxana-nəşriyyat işinin inkişafında cox böyük əməyi olmuşdur. Belə ki, A. Rubakin O. A. Popova, U. D. Sitina nəşriyyat firmasının və "Издатель" Birliyinin rəhbəri olmuşdur. O, həmçinin Rusiya Savadlanma Komitəsinin katibi kimi də uzun müddət fəaliyyət göstərmişdir.

N. A. Rubakin 1905–1907-ci illərdə Rusiya inqilabında yaxından iştirak etmişdir. Siyasi baxışlarına görə təqib olunmuş və bu səbəbdən də 1907-ci ildə İsveçrəyə köçmüş və ömrünün sonunadək burada yaşamışdır. Həmin illərdə Rubakin Rusiyada çapdan çıxmış kitabları toplayaraq İsveçrədə "Nadir Rus Kitabxanası" təşkil etmişdir.

O, kitab təbliği problemlərini işləmiş, bibliopsixologiya nəzəriyyəsini yaratmışdır.

Maarif sahəsindəki xidmətlərinə görə Sovet hökuməti A. N. Rubakinə 1930-cu ildən fərdi pensiya təyin etmişdir.

Rus kitabşünası, biblioqraf, yazıçı, Beynəlxalq Bibliopsixologiya İnstitutunun yaradıcılarından biri olan Nikolay Aleksandroviç Rubakin 1946-cı il noyabr ayının 23-də Lozanna şəhərində vəfat etmiş, Moskva şəhərində dəfn olunmuşdur.

Vəsiyyətinə görə İsveçrədə təşkil etdiyi "Nadir Rus Kitabxanası" Rusiya Milli Kitabxanasının fonduna verilmişdir.

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Литераторы Санкт-Петербурга. ХХ век (rus.). / под ред. О. В. Богданова
  3. Рубакин Николай Александрович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.