Nikolay Petruxin

Nikolay Dmitriyeviç Petruxin (31 mart 1908, Moskva27 mart 1944, Mikolayev, Ukrayna Reyxkomissarlığı) — Sovet İttifaqı Qəhrəmanı (20 aprel 1945).

Nikolay Petruxin
rus. Никола́й Дми́триевич Петру́хин
Şəxsi məlumatlar
Doğum tarixi 31 mart 1908(1908-03-31)
Doğum yeri
Vəfat tarixi 27 mart 1944(1944-03-27) (35 yaşında)
Vəfat yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rus
Qoşun növü Dəniz qüvvələri
Rütbəsi Matros
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni

Həyatı

Nikolay Petruxin 1908-ci ildə Bakıda anadan olub. Milliyətcə rusdur. 1941-ci ildə Bakı Şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Matros idi. Müharibə başlayana qədər Bakıda neft mədənlərində işləmişdir. Bir çox döyüş əməliyyatlarında iştirak etmişdir[1].

26 mart 1944-cü ildə Ukraynanın Nikolayev vilayətində həlak olmuşdur[1].

20 aprel 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Lenin ordeniQırmızı Ulduz medalı ilə təltif edilmişdir[1].

Kitablardan

Bakıda dünyaya göz açmış Nikolay Petruxin Suraxanıda yaşamış və 30-cu illərin əvvəlində hərbi xidməti qurtarıb, yenə də Bakıya qayıtmış, neft sənayesi ndə işləmişdir. Böyük Vətən Müharibəsi başlandıqda N.Petruxin Qara dəniz donanmasında xidmətə göndərilmiş və snayper peşəsinə yiyələnmişdir. 1944-cü ilin martında Nikolayev şəhərinin azad edilməsi üzrə desant əməliyyatında iştirak edən N.Petruxin şəxsi qəhrəmanlıq göstərmişdir: iki gün ərzində düşmənin 18 hücumu dəf edilmişdi. Çox ağır keçən bu döyüşlərin birində N.Petruxin həlak olmuşdur. Sovet İttifaqı Qəhrəmanı adı ona 1945-ci ilin 20 aprelində verilmişdir

İstinadlar

  1. Azərbaycan Respublikası Xatirə Kitabı, XII cild. Bakı: Respublika Xatirə Kitabı redaksiyası. 2012. səh. səh.181-182. ISBN A-49.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.