Nikolay Paramonovun villası
Saqirovun villası — Rostov-na-Donu şəhərində, Puşkinskaya küçəsi ev 148 ünvanında yerləşən bina. Bina 1914-cü ildə Nikolay Elpidiforoviç Paramonovun vəsaiti hesabına inşa edilmişdir. Binanın layihəsi Leonid Feodoroviç Eberqə mənsubdur. Binada hazırda Cənub Federal Universitetinin Y. A. Jdanov adına bölgə elmi kitabxanası yerləşir[1]. Bina neoklassizm stilində inşa edilmişdir. Federal əhəmiyyəmiyyətli arxitektur abidə kimi qorunur.
Nikolay Paramonovun villası | |
---|---|
rus. Особняк Николая Парамонова | |
47°13′36″ şm. e. 39°43′31″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Rostov-na-Donu |
Tikilmə tarixi | 1914 |
Memar | Leonid Feodoroviç Eberq |
Memarlıq quruluşu | Neoklassizm |
Tarixi
Nikolay Elpidiforoviç Paramonovun villası 1914-cü ildə inşa edilmişdir. Bina layihəsinin müəllifi Leonid Feodoroviç Eberq idi. Paramonov villada həyat yoldaşı Anna İqnateva və uşaqları ilə birlikdə yaşayırdı. 1918-ci ildə bina milliləşdirilmişdir[2]. Bundan sonra burada bolşeviklərin dövlət nümayəndəsi otururdu. 1918-ci ilin mayında bolşeviklər Rostovdan qovulur. Bundan sonra isə burada Denikinin ordu qərargahı yerləşirdi. Elə həmin ildəcə binada yanğın baş vermişdir. Villa yalnız 1923-cü ildə təmir edilmişdir.
Binada aparılan təmirdən sonra ilk əvvəl inşaatçı klubu rolunu oynanışdır. Sonrada isə burada qan köçürmə instutu yerləşir. 1930-cu illərdə binada muzey mövcud idi.
Böyük Vətən müharibəsi zamanı bina tamamən yanmışdır. Binanın divarları və kolonnaları ciddi zərər görmüşdü. Villada 1947-ci ildə təmir işləri gerçəkləşdirməyi qərar qədul edir. Binanın bərpa işlərinə L. F. Eberq nəzarət etmişdir. Binada təmir işləri 1952-ci ildə bitmişdir. Təmirdən sonra binada Rostov Dövlət Universitetinin kitabxanası yerləşirdi.
XXI əsrin əvvəllərində bina təmirə ehtiyac duyurdu. Binanın təməlində nəmişlik meydana gəlmiş meydana gəlmişdir. Bu isə istər kitablar və istərsə binanın özü üçün böyük təhlükə törədirdi. 2005-ci ildə binanın fasadında təmir işləri aparılmışdır. Bütün binanın təmiri 2013-cü ilin payızında bitmişdir[3].
Arxitektura
Paramonovun villası neoklassizm stilində inşa edilmişdir. Əsas şimal fasadı simmetrik komposisiyaya sahibdir. Alt mərtəbədə müxtəlif elementlərlə bəzədilmişdir.
İstinadlar
- Анастасия Быченкова. "В центре Ростова реконструируют научную библиотеку ЮФУ". donnews.ru. 2012-10-04. 2013-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-11.
- Мария Бондаренко. "Раритеты гниют в подвалах". Независимая газета. 2005-03-21. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-12.
- Анастасия Быченкова. "В центре Ростова реконструируют научную библиотеку ЮФУ". donnews.ru. 2012-10-04. 2013-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-12.