Nikolay Dubrovski

Nikolay Aleksandroviç Dubrovski — rus tarixçisi, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin təklifi əsasında Bakı Dövlət Universitetinin təsis olunması üçün yaradılmış komissiyanın üzvü.[1][2]

Nikolay Dubrovski
Nikolay Aleksandroviç Dubrovski
Şəxsi məlumatlar
Fəaliyyəti tarixçi

Komissiyanın 1919-cu il mayın 21də keçirilən ilk iclasında universiteti lazımi avadanlıq və vəsaitlə təmin etmək üçün yaradılan kitabxana yarımkomissiyasının sədri, mənzil yarımkomissiyasının isə üzvü seçilmişdi. Dubrovski Bakı Dövlət Universiteti tarix-filologiya fakültəsinin ilk dekanı olmuş[3], universitetin yüksək ixtisaslı professor-müəllim kadrları ilə təmin edilməsində fəal çalışmışdır. Bu məqsədlə sentyabrın sonlarında rektor V. İ. Razumovski ilə birlikdə Rusiyanın cənubundakı universitet şəhərlərinə ezam olunmuşdu. 1919 il noyabrın 15-də — universitetin açılış günü ümumi tarixdən ilk mühazirəni Dubrovski oxumuşdu. O, universitetin ümumi tarix kafedrasının professoru idi. Dubrovski 1922 ilin noyabrınadək tarix-filologiya fakültəsinin dekanı olmuş, 1923 ilin yanvarından Moskva Universitetinə keçməsi ilə əlaqədar olaraq Bakı Dövlət Universitetindən ayrılmışdır.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.