Nikolay Burdenko

Nikolay Nilovic Burdenko (Tam adı: rus. Никола́й Ни́лович Бурде́нко; 22 may (3 iyun) 1876[1], Kamenka, Penza quberniyası[d]11 noyabr 1946[2][3], Moskva[2]) — Rusiya cərrahı, SSRİ Elmlər Akademiyasının akademiki (1939), SSRİ Tibb Elmlər Akademiyasının akademiki (1944) və ilk prezidenti (1944– 46), tibb xidməti general-polkovniki (1944), Sosialist Əməyi Qəhrəmanı (1943), SSRİ Dövlət mükafatı laureatı (1941).[4]

Nikolay Burdenko
Doğum tarixi 22 may (3 iyun) 1876[1]
Doğum yeri
Vəfat tarixi 11 noyabr 1946(1946-11-11)[2][3] (70 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti neyrocərrah, hərbi qulluqçu, yazıçı-dokumentalist[d], cərrah, siyasətçi
Elmi dərəcələri
Elmi adları
Partiyası
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Yuryev Universitetini bitirmişdir (1906). 1906–18-ci illərdə həmin universitetdə assistent, privat-dosent, cərrahiyyə klinikasının professoru işləmişdir. Birinci dünya müharibəsi illərində müxtəlif cəbhələrdə cərrah-məsləhətçi, Rusiya ordusunun hərbi-sanitariya müfəttişi olmuşdur. 1918–22-ci illərdə Voronej Universitetinin, 1923-cü ildən 1-ci MDU-nun cərrahiyyə professoru işləmişdir. Eyni zamanda (1929-cu ildən) Rentgen İn-tunun neyrocərrahiyyə klinikasının direktoru olmuşdur. Klinikanın bazasında 1934-cü ildə Mərkəzi Neyrocər rahiyyə institutu (indiki Rusiya Tibb Elmlər Akademiyasının N.N.Burdenko adına Elmi Tədqiqat Neyro cərrahiyyə İnstitutu) yaradılmışdır.[4]

Fəaliyyəti

Böyük Vətən müharibəsi illərində sovet ordusunun baş cərrahı olmuşdur. Burdenko SSRİ-də neyrocərrahiyyənin banilərindən biridir. Beyin mayesi dövranının patologiyası, mərkəzi və vegetativ sinir sistemlərinin onkologiyası, beyin qan dövranının pozuntuları, beyin şişləri, kəllənin güllə yaralanmaları və b. sahələrdə novator tədqiqatları aparmışdır. Sinir sistemi xəstəliklərinin bir sıra cərrahi müalicə üsullarını, o cümlədən baş beynin yuxarı sagital sinus divarında travmatik qüsurun bağlanması (Burdenko üsulu), bazu kələfinin zədələnməsində diafraqma siniri ilə əzələ-dəri, yaxud orta sinir arasında anastomozu, qara ciyər sirrozu zamanı əməliyyat və ağır anaerob infeksiyasında ətrafın təcili amputasiyasını (Burdenko əməliyyatları) təklif etmişdir. Əsərləri mədəonikibarmaq bağırsağın xorası xəstəliyinin nevrogen nəzəriyyəsinə aiddir. Cərrahların və neyrocərrahların elmi məktəbini yaratmışdır. 1948-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının neyrocərrahiyyə üzrə ən yaxşı elmi işlərə görə Burdenko adına mükafat təsis etmişdir.[4]

İstinadlar

  1. БУРДЕНКО // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
  2. Бурденко Николай Нилович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1971. Т. 4 : Брасос — Веш. С. 122.
  3. Nikolai N. Burdenko // Base biographique (fr.).
  4. Burdenko// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 81.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.