Nikolay Baybakov

Nikolay Kostantinovic Baybakov (7 mart 1911[1], Sabunçu, Bakı qəzası31 mart 2008[2][3], Moskva[4]) — Sovet dövlət xadimi, "Lenin" mükafatı laureatı (1963), Texnika Elmləri Doktoru (1972), SSRİ Dövlət Mükafatları Laureatı (1969), SSRİ-nin fəxri neftçisi (1970), Azərbaycan Neft Sənayeinin müavini (1958-1959), Azərneft Birliyinin rəisi (1959-1962).

Nikolay Baybakov
Nikolay Konstantinoviç Baybakov
Şəxsi məlumatlar
Doğum tarixi 7 mart 1911(1911-03-07)[1]
Doğum yeri
Vəfat tarixi 31 mart 2008(2008-03-31)[2][3] (97 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti mühəndis, dövlət xadimi
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni
"İstiqlal" ordeni  — 2006 "Şöhrət" ordeni  — 1996
"Lenin" mükafatı  — 1963
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Nikolay Konstantinoviç Baybakov 6 mart 1911-ci ildə Bakının Sabunçu kəndində neftçi ailəsində anadan olub. 1932-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə Qırmızı bayraqlı Azərbaycan neft institutunun neft-mədən fakültəsini bitirərək, Bakı şəhərinin neft mədənlərində işləmişdir. Baybakov N.K. 1937-ci ildən "Leninneft" trestində mədən müdiri, baş mühəndis və müdir işləyib. 1938-ci ildə o yenidən yaradılmış "Şərqneftçıxarma" (Kuybışev ş.) birliyinin rəisi təyin edilir. 1939-cu ildə Yanacaq Sənayesinin Xalq Komissarlığında ölkənin şərq rayonlarında neft hasilatı üzrə Baş İdarə yaradılmışdı və Baybakov N.K. bu Baş İdarənin müdiri vəzifəsinə irəli çəkilmişdi. 1940-cı ildə Yanacaq sənayesi xalq komissarlığının müavini təsdiq edildi. 1944-cü ildə neft sənayesi üzrə xalq kommisarı seçilir. 1955-ci ildə - SSRİ Dövlət Plan Komitəsinin sədri olub. 1956-cı ildə Rusiya Dövlət Plan Komitəsinin sədri, RSFSR Nazirlər Şurası sədrinin birinci müavini olub. 1958-ci ildə Krasnodar Xalq Təsərrüfatı Şurasının rəhbəri olub. 1962-ci ildə - Şimali Qafqaz Xalq Təsərrüfatı Şurasının rəhbəri olub. 1963-cü ildə SSRİ Nazirlər Şurası nəzdində kimya üzrə Dövlət Komitəsinin sədri olub. 1964-cü ildə SSRİ Dövlət Plan Komitəsi nəzdində neft hasilatı sənayesi (neftçıxarma) üzrə Dövlət Komitəsinin rəhbəri olub. 1965-ci ildə Baybakov N.K. SSRİ Dövlət Plan Komitəsinə rəhbərlik edib.

Elmi fəaliyyəti

Baybakov N.K. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.

Baybakov N.K. ölkənin XX əsrinin tarixinə böyük dövlət xadimi, neftçi, iqtisadçı mütəxəssis kimi daxil olmuşdur. SovİKP-nın altı qurultayında Partiya MK-nin üzvü seçilmiş, yeddi çağırışda SSRİ Ali Sovetinin deputatı olmuşdu. Baybakov N.K. 200-dən artıq elmi məqalənin və bir sıra monoqrafiyaların müəllifidir.

Baybakov N.K. Sosialist əməyi qəhrəmanı, Lenin mükafatı laureatıdır. O SSRİ EA-nın fəxri akademiki, fəxri titul və adların sahibidir. 6 dəfə Lenin ordeni, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, "Oktyabr inqilabı" ordeni, Azərbaycanın "İstiqlal" ordeni ilə, həmçinin SSR-nin və xarici dövlətlərin bir çox medalları ilə təltif olunmuşdur. Onun adı teploxoda verilmişdir.

31 mart 2008-ci ildə vəfat edib.

Xatirəsi

2017-ci ildə Sabunçu rayonu 67 nömrəli tam orta məktəbin ərazisində Nikolay Baybakovun büstü qoyulmuşdur.[5]

Filmoqrafiya

  1. EKSPO-75 (film, 1975)

İstinadlar

  1. Başqırdıstan Ensiklopediyası (rus.). Башкирская энциклопедия, 2005. 4344 с. ISBN 978-5-88185-053-1
  2. http://www.rian.ru/spravka/20080331/102608642.html.
  3. Nikolai K. Baibakow // Munzinger Personen (alm.).
  4. Deutsche Nationalbibliothek Record #11874593X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. CBC. "Nikolay Baybakovun büstü qoyulub" (az.). Youtube.com. 07.03.2017. 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-07.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.