Nikolay Avdakov
Nikolay Stepanoviç Avdakov (rus. Николай Степанович Авдаков; 28 fevral 1847, Staro-Şedrinsk[d], Çeçen-İnquş MSSR – 24 sentyabr 1915) — Rusiya iş adamı, dağ-mədən mühəndisi. Bir sıra mədən və qızıl mədən ortaqlıqlarının idarə heyətinin sədri olmuşdur.
Nikolay Avdakov | |
---|---|
rus. Авдаков Николай Степанович | |
Doğum tarixi | 28 fevral 1847 |
Doğum yeri |
|
Vəfat tarixi | 24 sentyabr 1915 (68 yaşında) |
Fəaliyyəti | sahibkar, mədən mühəndisi |
Həyatı
Avdakov əsasən Fransadan olmaqla, xarici maliyyə kapitalı ilə sıx bağlı idi. O, Rusiyanın cənubunda keçirilən mədənçilərin qurultaylarında konqreslər şurasının sədri seçilmişdi (1900–1905) və səlahiyyətli, yəni hökumətin nümayəndəsi (1878–1915) olmuşdur. Avdakov "Produqol" şurasının sədri və "Prodamet" şurasının üzvü idi. 1906-cı ildən ticarət və sənaye kuriyasından Dövlət Şurasının üzvü olmuşdur. 1907-ci ildən Rusiyada Sahibkarlar Konqresləri Şuralarının sədri olmuşdur. Avdakov sahibkarlarla hökumət arasında sıx əməkdaşlığın tərəfdarı olmuş, sahibkarlıq təşkilatlarının siyasətsizliyinə çağırış etmişdir.[1]
İstinadlar
- Энциклопедический словарь. 2009. Авдаков Николай Степанович.
Əlavə ədəbiyyat
- Деятели России : 1906 г. / Ред.-изд. А. М. Шампаньер. — СПб., 1906. — С. 47.