Nikolay Anisimov
Nikolay Andreyeviç Anisimov (12 may 1892, Orlov vilayəti (Qroznı)[4] - 25 yanvar 1920, Novoçerkassk) — inqilabçı, bolşevik, Şimali Qafqazda Sovet hakimiyyəti uğrunda mübarizənin iştirakçısı.
Nikolay Anisimov | |
---|---|
Doğum tarixi | 12 may 1892 |
Doğum yeri |
|
Vəfat tarixi | 25 yanvar 1920 (27 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | səpmə yatalaq |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, inqilabçı |
Partiyası |
Haqqında
Nikolay Andreyeviç Anisimov Orlov quberniyasında (digər mənbələrə görə - Qroznıda) anadan olub. 1903-cü ildə atası tətildə iştirak etdiyi üçün həbs edilib və həbsxanada vəfat edib.
1911-ci ildə Anisimov Qroznı real məktəbini bitirib Sankt-Peterburq Politexnik İnstitutuna qəbul oldu.
1913-cü ildə ÜKP (b) sıralarına üzv qəbul edildi, tələbələrin inqilabi fəaliyyətlərində iştirak etməyə başladı. Tətil günlərində Qroznıya gələrkən neftçilərin tətilində fəal iştirak etdi. Bu fəaliyyətinə görə həbs edilərək institutdan xaric edildi. 1914-cü ildə Qroznı Bolşevik təşkilatının liderlərindən biri oldu. Fevral inqilabından sonra Qroznı Fəhlə Deputatları Sovetinə rəhbərlik etməyə başladı.
1917-ci ilin dekabrında Tapa Çermoyevin rəhbərliyi altında Çeçen Şurası fəhlələri və inqilabçı əsgərləri tərksilah etmək tələbi ilə Qroznı Fəhlə Deputatları Sovetinə ultimatum ünvanladı. Bundan sonra "Vəhşi Diviziya"nın çeçen bölmələri şəhəri ələ keçirdilər. Müvəqqəti Terek-Dağıstan hökuməti yaradıldı.
İnqilabçı birlikləri Qroznıdan çıxarmaq lazım gəldi. Onlarla birlikdə Anisimov da Stavropola getdi. 1917-ci ilin dekabrında Anisimov Stavropol qarnizonunun Hərbi İnqilab Komitəsinin sədri, 1918-ci ildə isə Stavropol quberniyasının hərbi komissarı təyin edildi. Daha sonra, Bryansk rayonunun hərbi-siyasi komissarı, Şimali Qafqaz hərbi dairəsinin komissarı, Həştərxandakı bu dairənin hərbi şurasının səlahiyyətli üzvü, Xəzər-Qafqaz cəbhəsinin, 11, 12 və 9-cu ordunun İnqilabi Hərbi Şurasının üzvü oldu. Rusiya Sosial Demokrat Fəhlə Partiyasının (b) VI Qurultayının və II Ümumrusiya Sovetlər Qurultayının nümayəndəsi oldu. 1919-cu ilin dekabrında tif xəstəliyinə yoluxdu. 25 yanvar 1920-ci ildə Novoçerkasskda xəstəlikdən dünyasını dəyişdi. Rusiya Kommunist Partiyasının (b) MK-nin və İnqilabi Hərbi Şuranının siyasi idarəsinin qərarı ilə inqilabdakı müstəsna xidmətlərinə görə Moskvada dəfn edildi.[5]
Xatirəsi
- Sovet dövründə Qroznının küçələrindən birinə, Anisimovun yaşadığı küçəyə (keçmiş Baklanovskaya) Anisimovun adı verildi.[5]
- 1960-cı ildə 1 №-li Uşaq Musiqi Məktəbinin binasında xatirə löhvəsi qoyuldu.
- 1961-ci ildə Yeni Qroznı Neft emalı zavoduna Anisimovun adı verildi.
- Anisimovun oxuduğu realnı məktəbə - sonradan 2 №li orta məktəb adlanan təhsil ocağında hələ sovet dövründə onun qorelyef portreti qoyuldu.
- 1974-cü ildə 2 №li Qroznı orta məktəbi önündə Nikolay Anisimova həsr edilən xatirə stelası qoyuldu.
- 1982-ci ildə Dzerjinski küçəsi 6 ünvanında xatirə löhvəsi qoyuldu.[6]
Ədəbiyyat
- Дорога отцов — дорога героев (сборник очерков и воспоминаний) / Булатов Н. П. (составитель). — Гр.: Чечено-Ингушское книжное издательство, 1967. — С. 9-17. — 144 с. — 3000 экз.
- Кусаев А. Д. Город Грозный: страницы истории (1818-2003). — Элиста: Джангар, 2012. — 342 с. — 500 экз. — ISBN 978-5-94587-526-5.
- Музаев Т. М. Союз горцев. Русская революция и народы Северного Кавказа. 1917 - март 1918 / Магомед Музаев. — Нч.: ООО «Печатный двор», 2012. — 608 с. — 2000 экз. — ISBN 978-5-905770-13-5.
- Пономарёва И. З., Севостьянов М. П. Памяти вечной достойны. — Гр.: Чечено-Ингушское книжное издательство, 1987. — 120 с. — 15 000 экз.
İstinadlar
- http://allencyclopedia.ru/3212.
- http://www.groznycity.ru/library/city/sherbakov/document4812_8.shtml.
- http://www.groznycity.ru/library/city/sherbakov/document4812_9.shtml.
- "Щербаков Н. Г. О чем говорят названия улиц. Город Грозный". 2018-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-15.
- "Щербаков Н. Г. О чем говорят названия улиц. Часть 2. Город Грозный". 2018-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-15.
- Пономарёва И. З., Севостьянов М. П. Памяти вечной достойны. — Гр.: Чечено-Ингушское книжное издательство, 1987. — с. 35