Nikolay Çxeidze
Nikolay (Karlo) Çxeidze (tam adı: Nikolay (Karlo) Semyonoviç Çxeidze; 9 aprel 1864[1] – 11 iyun 1926) — Gürcüstanda istiqlal hərəkatının görkəmli xadimi.
Nikolay Çxeidze | |
---|---|
gürc. ნიკოლოზ სიმონის ძე ჩხეიძე | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 aprel 1864[1] |
Vəfat tarixi | 11 iyun 1926 (62 yaşında) |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi, diplomat |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Fəaliyyəti
Nikolay Çxeidze Rusiyada menşevik liderlərindən biri olmuşdur. XIX əsrin sonundan inqilabi hərəkata qoşulmuşdu. Üçüncü və dördüncü Dövlət Dumalarının deputatı, dördüncü dumada menşevik fraksiyasının sədri olmuşdur. 1917-ci il Fevral inqilabından sonra Dövlət Duması Müqəvvəti Komitəsinin üzvü, Petroqrad fəhlə və əsgər deputatları sovetinin, Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin (I çağırış) sədri idi. Oktyabr çevrilişindən (1917) sonra Gürcüstan Müəssislər məclisinin, Zaqafqaziya seyminin, 1919-cu ildən Gürcüstan hökumətinin sədri idi. Gürcüstan Respublikasına dəstək almaq məqsədilə Antanta Şurası ilə danışıqlarda iştirak etmişdir (1918-21). Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra xaricə getmiş və Parisdə intihar etmişdir.[2]
İstinadlar
- Deutsche Nationalbibliothek Record #1054310696 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 291