Nikolas Sparks

Nikolas Çarlz Sparks (ingiliscə Nicholas Charles Sparks 31 dekabr 1965 Omaha, Nebraska, ABŞ) tanınmış məşhur amerikalı yazıçıdır. Romanlarını sevgi və tale mövzularında yazır. Onun çapdan çıxmış 20 romanı vardır. Sparksın kitabları 50-dən çox dilə tərcümə edilmişdir. Təkcə ABŞ-də 75 milyondan çox, dünya üzrə isə 105 milyondan çox satılmışdır..

Nikolas Sparks
Nikolas Çarlz Sparks
Doğum tarixi
Doğum yeri Omaha, Nebraska, ABŞ
Uşaqları Mayls, Rayn, Landon, Leksi və Savanna
Milliyyəti Amerikalı
Təhsili Notr-Dam Universiteti
Fəaliyyəti Yazıçı, ssenarist, prodüser
Fəaliyyət illəri 1996-cı ildən
nicholassparks.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və karyerası

Nikolas Çarlz Sparks Nebraska ştatının Omaha şəhərində professor Patrik Maykl Sparks (1942–1996) və evdar qadın Cil Emma Mariya Sparksın (1942–1989) ailəsində 31 dekabr 1965-ci ildə dünyaya gəlmişdir. Nikolasın ingilis, irland, almançex kökləri vardır. 1985-ci ildə məktəb vaxtı Sparks öz birinci "The Passing" adlı əsərini və 1989-cu ildə "The Royal Murders" əsərini yazmışdır (Hansı ki, bu əsərlər heç vaxt çap olunmamışdır.). O, Notr-Dam universitetində idman təqaüdü ilə təhsil almışdır. 1985-ci ildə birinci kursda oxuyarkən onun iştirak etdiyi komanda qaçış üzrə kollec rekordu nəticəsini göstərmişdir. Kolleci bitirdikdən sonra Sparks hüquqşünas olmaq istəyirdi və həmin vaxt ofisiant və telefon satıcısı kimi işləyirdi. 1990-cı ildə 1965-ci ilin qaçış üzrə olimpiya çempionu Billi Millzla birgə psixologiya janrı üzrə ''Wokini: A Lakota Journey to Happiness and Self-Understanding'' kitabını yazmışdır. Birinci il 50.000 nüsxə satılmışdır.[1] 1992-ci ildə Sparks bir dərman firmasında işə başladı və Cənubi Karolinanın Grinvil şəhərinə köçdü. Boş vaxtlarında o, "The Notebook" romanını yazmağa başladı. İki il sonra roman ədəbi agent Teresa Park tərəfindən kəşf edildi və o, romanın nəşri üçün 1 milyonluq müqavilənin imzalanmasına nail oldu. "The Notebook" 1996-cı ilin oktyabr ayında nəşr olundu və ilk satış həftəsində "Nyu-York Tayms"-ın ən çox satılan kitablar siyahısına başçılıq etdi. Nəticədə, Sparks çoxlu sayda oxunan kitablar yazdı. 2000-ci ildə "People Magazine" Sparksı ilin ən cazibədar müəllifi kimi qeyd etdi. Onun bu günə qədər 20 romanı və qardaşı ilə yazdığı 1 avtobioqrafik əsəri işıq üzü görmüşdür.

Romanları

  • Wokini: A Lakota Journey to Happiness and Self-Understanding (1990), Billi Millz və Nikolas Sparks
  • The Notebook (Oktyabr, 1996)
  • Message in a Bottle (Aprel,1998)
  • A Walk to Remember (Oktyabr, 1999)
  • The Rescue (Sentyabr, 2000)
  • A Bend in the Road (Sentyabr 2001)
  • Nights in Rodanthe (Sentyabr, 2002)
  • The Guardian (Aprel, 2003)
  • The Wedding (Sentyabr, 2003)
  • Three Weeks with My Brother (Aprel, 2004), Nikolas Sparks və Mika Sparks
  • True Believer (Aprel, 2005)
  • At First Sight (Oktyabr, 2005)
  • Dear John (Oktyabr, 2006)
  • The Choice (Sentyabr, 2007)
  • The Lucky One (Sentyabr, 2008)
  • The Last Song (Sentyabr, 2009)
  • Safe Haven (Sentyabr, 2010)
  • The Best of Me (Oktyabr, 2011)
  • The Longest Ride (Sentyabr, 2013)
  • See Me (Oktyabr, 2015)
  • Two by Two (Oktyabr, 2016)
  • Every Breath (Oktyabr, 2018)

Filmi çəkilən romanları

  • Message in a Bottle (1996)
  • A Walk to Remember (2002)
  • The Notebook (2004)
  • Nights in Rodanthe (2008)
  • Dear John (2010)
  • The Last Song (2010)
  • The Lucky One (2012)
  • Safe Haven (2013)
  • The Best of Me (2014)
  • The Longest Ride (2015)
  • The Choice (2016)

TV

  • Deliverance Creek (2014) (Prodüser: Nikolas Sparks)
  • The Notebook (2015) (Personajlar "The Notebook" əsasında)

Şəxsi həyatı

Həyat yoldaşı Keyti ilə Sparks 1988-ci ilin yay tətilində tanış olmuşdu. 1989-cu ildə isə onlar ailə həyatı qurublar. Nikolas və Keyti 2014-cü ilə qədər Şimali Karolinanın Nyu-Bern şəhərində oğulları Mayls, Rayn, Landon ve əkiz qızları Leksi ve Savanna ilə birlikdə yaşadılar. 6 yanvar 2015-ci ildə Sparks Keyti ile dostluq çərçivəsində ayrıldıqlarını bildirdi.

İstinadlar

  1. Billy Mills. Wokini: A Lakota Journey to Happiness and Self-Understanding. — Hay House. — P. 176. — ISBN 978-1561706600.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.