Nikolas Blumberqen
Nikolas Blumberqen (ing. Nicolaas "Nico" Bloembergen) (d. 11.3.1920, Niderland, Dordrext) — Amerika fiziki. Nobel mükafatı laureatı (1981, A. Şavlovla birlikdə).[3]
Nikolas Blumberqen | |
---|---|
ing. Nicolaas "Nico" Bloembergen | |
![]() Nikolas Blumberqen | |
Doğum tarixi | |
Doğum yeri | Dordrext, Niderland |
Vəfat tarixi | (97 yaşında) |
Vəfat yeri | Takson, Arizona, ABŞ |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Vətəndaşlığı |
![]() |
Elm sahəsi | Lazer spektroskopiyası |
İş yerləri | |
Alma-mater | Leyden Universiteti, Utrext Universiteti |
Təhsili | |
Elmi rəhbərləri | Edvard Mills Parsell |
Üzvlüyü |
|
Mükafatları | Fizika üzrə Nobel mükafatı |
![]() |
Fəaliyyəti
Utrext Universitetini bitirmişdir (1943). 1949-cu ildən ABŞ-də Harvard Universitetində işləyir (1957-ci ildən professor). 2001-ci ildən Arizona Universitetinin professorudur. Qeyri-xətti optika və qeyri-xətti lazer spektroskopiyasının banilərindən biridir. 1956-cı ildə üçsəviyyəli sistem əsasında kvant paramaqnit gücləndiricisini yaratmışdır. Qeyri-xətti mühit sərhədində dalğa proseslərini tədqiq etmişdir. Qeyri-xətti polyarizasiya nəzəriyyəsini və məcburi kombinasiyalı səpilmə nəzəriyyəsini qurmuş (1962), onun tədqiqinin eksperimental (o cümlədən pikosaniyələr) üsullarını işləyib hazırlamışdır. Lazer spektroskopiyası metodlarını inkişaf etdirmiş, ikisəviyyəli doplersiz spektroskopiya üsulunu vermişdir (A. Şavlovdan asılı olmayaraq). İntensiv lazer infraqırmızı şüalanmasında molekulların çoxfotonlu dissosiasiyasını tədqiq etmişdir.[3]
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Leidse Hoogleraren (nid.).
- NNDB (ing.). 2002.
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 204. ISBN 978-9952-441-03-1.