Nikolay Prjevalski

Nikolay Mixayloviç Prjevalski (rus. Никола́й Миха́йлович Пржева́льский; 31 mart (12 aprel) 183920 oktyabr (1 noyabr) 1888[1], Prjevalsk, Rusiya Türkistanı general-qubernatorluğu[2]) — rus səyyahı, coğrafiyaşünas və təbiətşünas. Orta Asiyaya bir neçə ekspedisiya etmiş, bu müddət ərzində Monqolustan, Çin və Tibet ərazilərini araşdırmışdır. 1886-cı ildən general mayor. Vəkil Vladimir və riyaziyyatçı Yevgeni Prjevalskilərin qardaşı.

Nikolay Prjevalski
rus. Николай Михайлович Пржевальский
Doğum tarixi 31 mart (12 aprel) 1839
Vəfat tarixi 20 oktyabr (1 noyabr) 1888[1] (49 yaşında)
Vəfat yeri
Vəfat səbəbi tif xəstəliyi[d]
Dəfn yeri
Elm sahələri təbiət elmləri, Səyahət[3]
Üzvlüyü
Mükafatları Knight of the Order of Leopold (Austria) 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni Knight of the French Order of Academic Palms
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Canlı təbiətin sistematiki
Tədqiqatçı, botanika taksonlarını təsnif edən. Beynəlxalq Botaniki Adlandırma Kodeksində bu ad qısaldılmış şəkildə belə göstərilir: «Przew.».
Şəxsi səhifə IPNI saytında

Tədqiqatçı, zoologiya taksonlarını təsnif edən. Taksonlarda müəllifliyi qısaca bu cür göstərilir: «Przewalski».

Həyatı

Nikolay Mixayloviç Prjevalski Mərkəzi Asiyanın daxili hissələrini tədqiq edən ilk avropalı rus səyyahıdır. Hərbi Akademiyanı bitirdikdən sonra Varşava yunker məktəbində coğrafiya və tarixdən dərs demişdir. Boş vaxtlarını təbiət elmlərinə sərf edən Prjevalskinin səyahətləri rus xoğrafiya elminə dünya şöhrəti qazandırmışdır. Ömrünün on səkkiz ilini o, Mərkəzi Asiyanın tədqiq olunmasına sərf edib. Səyahəti dövründə Prjevalski 32 min km yolu arxada qoymuşdur.

1839-cu ildə Smolensk quberniyasının Kimborovo kəndində anadan olan Prjevalskinin ilk səyahəti Ussuri ölkəsinə olmuşdur. Ekspedisiya nəticələrinin müvəffəqiyyətini nəzərə alaraq coğrafiya cəmiyyəti Prjevalskinin mərkəzi Asiyaya göndərməyi qərara alır. 1867-1888-ci illərdə beş dəfə böyük ekspedisiyalara rəhbərlik etmişdir (şəkil 11), 1870-ci ilin payızında Mərkəzi Asiya, Monqolustan, Pekin, Dalay-Nur gölü, Yanszı (Mavi), Xuanxe (Sarı) çaylarına səyahət etməklə bu ölkələrə məxsus küllü miqdarda təbii şəraitini əks etdirən flora nümunələri toplayır, Mərkəzi Asiyada vəşhi dəvə və vəhşi atlar (Prjevalski atı) aşkar edir. İlk dəfə olaraq Tarim çayının çökəkliyə dolmasından yaranan bataqlıq Lobnor gölünü və onun 200 km enə, 100 km uzunluğa malik şorsulu göl olduğunu müəyyən edir.

1872-ci ildə Prjevalski Yanszı çayının sahillərinə yola düşür. Kazak Panfil Çebayev və buryat Dondok İrinçinovun müşayəti ilə karvanla birlikdə Alaşan səhrasından keçərək çiçəklənən Qansu əyalətinə çatır. Bundan sonra Avropa elminə məlum olmayan Nan-Şan dağlarını öyrənir. Oktyabr ayının sonunda rus səyyahı və onu müşahidə edənlər Kukunor gölü sahilinə çıxaraq gündəliyində belə yazır: «Həyatımdakı arzularım yerinə yetdi! Ekspedisiya müqəddəs vəzifəni yerinə yetirmişdir! Yaxın keçmişdəki arzular artıq həqiqətə çevrilmişdir!»

Ekspedisiyanı davam etdirməklə Prjevalski Kukunor gölünə çatır və gölün cənub-qərbində Kukunor silsiləsini tədqiq edərək, çaydan düzənliyə çıxaraq Yanszı çayının yuxarı axınına yollanır. İki ay yarım Tibetdə sərt iqlim şəraitində tədqiqat apardıqdan sonra səyyah Bayan-Xara-Ula silsiləsini keçməklə Yanszı çayının sahilinə çatır.

Prjevalskinin birinci ekspedisiyası 12 min km qətt etməklə başa gəldi. Rus coğrafiya cəmiyyəti prjevalskinin birinci səyahətinin nəticələrinə görə Böyük qızıl medala layiq gördü.

1876-cı ildə Prjevalski ikinci dəfə Mərkəzi Asiyaya ekspedisiyaya çıxır. İlk dəfə olaraq Tarim çayının axın istiqamətində Lob-Nor gölünə çatır. O, ilk dəfə olaraq bu qamışlı bataqlıq-gölün Tarim çayının fəaliyyəti nəticəsində əmələ gəldiyini müəyyən etmişdir. Təqribən 1300 km yolun qət edilməsilə başa gələn bu ekspedisiyanın əsas nəticələri Lob-Nor gölünün tədqiqi və Altındağ silsiləsinin aşkar olunması idi.

Prjevalskinin üçüncü ekspedisiyası 1879-cu ildə Layson gölü yaxınlığından başlayır. İkinci ekspedisiyada avropalılara ancaq Marko Polonun yazılarından məlum olan dəvə dəriləri nümunə üçün aparılmışdırsa, üçüncü ekspedisiyada, sonradan zooloqlar tərəfindən Prjevalskinin adı verilən vəşhi at aşkar edilmişdir.

Cənuba doğru hərəkət etməklə Tibetin paytaxtı Lxasaya aparan yola çıxan ekspedisiya üzvləri naməlum silsilə aşkar etdilər. Silisiləyə Prjevalski tərəfindən Marko Polonun adı verilir. Tibet paytaxtına 280 km qalmış yerli nümayəndələrlə rastlaşır və ekspedisiya üzvlərinin ölkəyə daxil olmalarının qadağan edən rəsmi kağız aldıqdan sonra geri qayıdaraq Xuanxe çayının yuxarı axınını öyrənir. Daha sonra mavi Kukunor gölünə dönməklə onun ölçülərini müəyyən edir və bura tökülən 25 çayı xəritəyə köçürür.

Üçüncü ekspedisiya nəticəsində iri dağ sistemləri olan Nan-Şan və Knlun daha dəqiq xəritədə öz əksin tapdı, 4000 km əvvəllər məlum olmayan yol xəritəyə köçürüldü, meteoroji müşahidələr aparıldı, zəngin heyvan və bitki kolleksiyaları toplandı. Bu səyahət Prjevalskinin «Zaysandan Hamim və Tibetdən keçməklə Sarı çayın yuxarı axınına» əsərində öz əskini tapdı.

Prjevalskinin dördüncü səyahəti 1883-cü ilin sonunda başlayır. Monqolustan çölləri, Qobi, Alaşan səhralarının geridə qoyaraq Xuanxe çayının yuxarı axınına çatır, onun mənbəyini üzərində dəqiqləşdirirlər. Xuanxe və yanszı çaylarının suayrıcısını müəyyən etməklə prjevalski avropalılara məlum olmayan dağ silsilələrini müəyyən etdi. Səyyah aşkar edilmiş silsilələri Adsız, Çaydam, Moskva, Ən hündür zirvəni isə Kreml adlandırır.

İki il səkkiz ay davam edən ekspedisiya müddətində 8 min km yol arxada qaldı. Knlun silsiləsinin mərkəz hissəsinin aşkar edilməsi Prjevalskinin Mərkəzi Asiyaya dördüncü səyahətinin ən böyük nailiyyəti olmuşdur.

188-ci ildə beşinci səyahətə hazırlaşan Prjvalski yatalaq xəstəliyinə tutulur və noyabr ayının 1-də ölür. Vəsiyyətinə görə İssık-Kolu hündür sahilində dəfn edilmişdir. Qəbrinin üstündə qranit üzərində bürünc qartal, qartalın dimdiyində zeytun budağı, caynağında isə Prjevalskinin səyahət marşrutunu əks etdirən Asiyanın xəritəsindən ibarət siyasi xarakter daşıyan abidə qoyulmuşdur.

Sağlığında Prjevalski 24 rus və xarici elm cəmiyyətlərinin üzvü seçilmiş, 8 dəfə qızıl medala layiq görülmüşdür.

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Пржевальский Николай Михайлович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. Çex Milli Hakimiyyət Məlumat bazası.

    Xarici keçidlər

    Mənbə

    • Пржевальский Н.М. Мoнгoлия и страна тангутoв. Т. 1. М., 1946.

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.