Nikita Muravyov

Nikita Mixayloviç Muravyov (rus. Никита Михайлович Муравьёв; 30 iyul (10 avqust) 1795, Sankt-Peterburq10 (22) may 1843, İrkutsk vilayəti[1]) — Rusiya İmperiyasının Qvardiya heyətinin zabiti və 1825-ci il Dekabristlər üsyanına rəhbərlik etmiş qəsdçilərdən biri.

Nikita Mixayloviç Muravyov
rus. Никита Михайлович Муравьёв
Pyotr Sokolovun N.Muravyova həsr etdiyi rəsm əsəri, 1824
Pyotr Sokolovun N.Muravyova həsr etdiyi rəsm əsəri, 1824
Doğum tarixi
Doğum yeri Moskva, Rusiya imperiyası
Vəfat tarixi (46 yaşında)
Vəfat yeri Urik, İrkutsk rayonu, İrkutsk vilayəti
Vəfat səbəbi Ölüm hökmü
Təhsili Moskva Universiteti
Fəaliyyəti Rusiya İmperiyası Qvardiyasında hərbçi
Fəaliyyət illəri 1813-1825
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dekabrist cəmiyyətləri

Hələ 1816-cı ildə yaradılmış ilk dekabrist cəmiyyəti — "Vətənin əsl sədaqətli oğullarının ittifaqı" və ya "Xilas ittifaqı" 1821-ci ildə iflasa uğramaq təhlükəsi altında buraxılır. Onun radikal əhvali-ruhiyyəli iştirakçıları Peterburqda Şimal cəmiyyəti yaratmağı qərara alırlar. Elə həmin ildə Ukraynada buraxılmış Blaqodenstviye İttifaqının bir sıra üzvləri Cənub cəmiyyətini yaradırlar. Şimal cəmiyyətində Nikita Muravyovun tərtib etdiyi konstitusiya layihələri müzakirə edilirdi.

Konstitusiya layihələri

Nikita Muravyov gələcək Rusiya üçün konstitusiya layihələri tərtib etmişdi.

İlk iki layihə cəmiyyət üzvlərinin sənədləri arasında qorunub saxlanmışdır, üçüncüsünü N.Muravyov qala qazamatında istintaq komitəsinin tələbi ilə yazmışdır. Birinci layihədə deyilirdi: "Mülkədarların torpaqları onlarda qalır". Hətta kəndlilərin başqa yerlərə köçmələri ilə əlaqədar olaraq mülkədarlara dəyən ziyanın ödənməsi də nəzərdə tutulurdu. Üçüncü layihədə tamamilə başqa cür deyilirdi: "Mülkədar kəndliləri yaşadıqları həyətlərə, orada olan mal-qaraya və kənd təsərrüfatı alətlərinə sahib olurlar və hər birinə oturaq həyat keçirmələri üçün iki desyatin torpaq verilir". N.Muravyovun layihələrinə görə, siyasi hüquqlar yüksək əmlak senzi ilə şərtləndirilir, həm də yüksək dövlət vəzifələrindən daha uca tutulur.

1820-ci il müşavirəsində Muravyov P.İ.Pestelin respublika tələbi ilə razı idi. Ancaq 1821-ci ilən o, hakimiyyətin bölüşdürülməsinə əsaslanan monarxiyanın üstünlükləri fikrinə gəlir.

Muravyovun konstitusiyasına görə, qanunverici hakimiyyəti Ali Duma və nümayəndələr Palatasından ibarət olan Xalq Veçesi həyata keçirir. Ali icraedici hakimiyyət imperatora məxsusdur: "İmperator Rusiya hökumətinin ali məmurudur". İmperatorun hüquqları kifayət qədər genişdir (nazirlərin, məmurların, səfirlərin təyin edilməsi, yubandırıcı veto hüququ, ali hərbi komandan hüququ və s.), ancaq onun və icraedici hakimiyyət məmurlarının fəaliyyətinə Xalq Veçesi nəzarət edir və qiymət verir. Məhkəmə hakimiyyətinin ali orqanı "Ali divanxana"dır. Andlıların iştirakı ilə məhkəmə sistemləri nəzərdə tutulurdu.

N.Muravyov yalnız göstərilən şərtlərlə taxta sahib olmağa razı, kifayət qədər mötəbər və nüfuzlu sülalə tapılmadığı halda respublika yaratmağın mümkünlüyünü qəbul edirdi. O, Rusiyada monarxiyanın zəruriliyini ölkənin mühüm hakimiyyət gücü tələb edən böyük sahəsi olmaqla əsaslandırırdı. Muravyov bu hakimiyyət gücünün azadlığın başlanğıcı ilə toqquşa biləcəyindən ehtiyat etdiyini söyləyirdi. Əgər paytaxtda imperator və məmurların fəaliyyətinə Xalq Veçesi nəzarət edirsə, əlavə təminat olmadan belə geniş ölkədə məmurların hərəkətlərinin qanuniliyini təmin etmək çətindir. Gələcək Rusiyanın federativ quruluşu haqqında fikir də bununla şərtləndirilirdi.

N.M.Muravyov güman edirdi ki, hərbi inqilab paytaxtlarda və zabitlərin - gizli cəmiyyət üzvlərinin başçılıq etdikləri hərbi qüvvələr olan ölkənin digər hissələrində baş verəcək. N.M.Muravyov istintaq komissiyasının sualına lakonik olaraq "Silah gücünə", - cavabını vermişdi: "Senat təhkimçilik hüququnun ləğvi haqqında, qanun qarşısında hamının bərabərliyi haqqında, mətbuat və digər azadlıqlar və hüquqlar haqqında Manifest dərc etməyə məcbur ediləcək".

Ədəbiyyat

  • Siyasi və hüquqi təlimlər tarixi, O.E.Leystin redaktorluğu ilə.

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.