Nihon Şoki
Nihonqi (日本紀) və ya Nihon Şoki (日本書紀), — Antik Yaponiyanın tarixinə dair yazılmış ikinci ən qədim əsər (720-ci il).[1][2]
Haqqında
«Kociki» adlanan dini və əbədi abidənin tərtib edilməsindən cəmi səkkiz il sonra, yəni 720-ci ildə, ikinci bir salnamə meydana çıxdı, işıq üzü gördü. Bu kitab əslində mifoloji salnamə – qanun namə idi. Bu «Nihonqi» idi. Bu məcəllə şahzadə Tonerinin rəhbərliyi altında hazırlanmışdı. Bu kitab qədim Çin dilində yazılmışdı. Bu abidənin «Kodziqi»dən fərqləndirən formal cəhət ondan ibarətdir ki, burada fiksasiya üsulundan istifadə edilmişdir: yəni «Nihonqi» xronikası qədim Çin ədəbi dilində bəzi fonetik üslubları təqlid etmək yolu ilə yazılıb, lakin hər iki xronikanın yazılmasında məqsəd birdir: hökmranlıq edən sülalənin legitimliyi, yəni qanuniliyi. Lakin burada hakim sülaləsinin adı çəkilmir. Burada yalnız allah Amatarasu yüksək dərəcəyə qaldırılırdı və belə inama işarə vurulurdu ki, bütün imperatorların və hakimlərin əsli-kökü ilahi mənşədəndir. [1]
Məzmunu
Nihonqinin məzmunu zəngindir. Burada bu və ya başqa bir əsatirin bir neçə variantı verilir, hökmdarların əməllərindən geniş surətdə bəhs edilir. Onlar haqqında hekayət 697- ci ilə qədər gedib çıxır. («Kociki»də hadisələr Suyxonun hakimiyyəti dövrünə qədər, yəni 628-ci ilə qədər davam edir) Buddizmlə bağlı olan nə varsa «Nihonqidə» öz əksini tapıb, «Kociki» isə Buddizm haqqında məlumat yoxdur, Yapon tarixçiləri «Nihon Şoki»nin kompilyativ xarakterini göstərir. (Kompilyasiya – müxtəlif əsərlərdən istifadə edilən, yaradılan əsər, orijinal olmayan əsər).
Müqayisə edilən hər bir xronikada ilk hökmdarların xronologiyasında və hadisələrin təsvirində yarı əfsanəvi təsvir hiss olunur: məlumatların, informasiyaların təsvirində əsaslandırılmış faktlar yoxdur, xüsusən Suykonun hakimiyyət illərinin (628) təsvirində «Nihonqi xronikası Yaponiyada sülalələr haqqında gələcək salnamələrin əsasını, bünövrəsini təşkil edir. Onun mifoloji hissəsi ilə Şintoizmin yazılı kanonların sistemə salmaq üçün mühüm addım sayıla bilər. 8-ci (VIII) əsrdən başlayaraq sarayda açıq qiraətlər keçirilməyə başlandı. Belə qiraət günlərində «Nihonqi»dən çox istifadə edilirdi və bu iş daimi xarakter daşıyırdı.
Mənbələri
Tarixçilər Nihonşoki adlanan bu xronikanın yaranmasında yeddi mənbədən istifadə olunduğunu da qeyd edirlər. Bu mənbələr aşağıdakılardan ibarətdirː
- Hakim saray başçısı haqqında rəvayət hakimin adı, onu genealogiyası, onun haqqında ən mühüm rəvayətlər və s.;
- Başqa aristokratik dairələr haqqında birinci mənbədə deyilənlərə oxşar rəvayətlər;
- Yerli, lokal hadisələr, rəvayətlər;
- Hakim saray adaminen illik fəaliyyəti haqqında hekayətlər;
- Bu və ya başqa hadisələr haqqında şəxsi mülahizələr;
- Budda məbədləri haqqında qeydlər və 7) Koreya və Çin xronikaları. [1][2]
İstinadlar
- Bədəlzadə A. Yapon ədəbiyyatı tarixi. Bakı, 2016, s. 31-32
- Aston, William George (1896). Nihongi: Chronicles of Japan from the Earliest Times to A.D. 697. 1. London: Japan Society of London., English translation