Nigar Usubova
Nigar İbrahim qızı Usubova (2 may 1914, Qazax – 15 sentyabr 1995, Bakı) — Azərbaycan Dövlət Konservatoriyasının müəllimi, fortepiano kafedrasının müdiri, tədris-elmi işlər üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor. İki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilib. General İbrahim ağa Usubovun qızıdır.[mənbə göstərin]
Nigar Usubova | |
---|---|
Nigar İbrahim qızı Usubova | |
Doğum tarixi | |
Doğum yeri | Salahlı, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | |
Atası | İbrahim ağa Usubov |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Sənaye İnstitutu, Azərbaycan Dövlət Konservatoriyası |
Fəaliyyəti | pianoçu |
Mükafatları | İki dəfə "Şərəf nişanı" ordeni |
Həyatı
Nigar İbrahim qızı Usubova 1914-cü ildə Qazax rayonunun Salahlı kəndində anadan olub. 1935-ci ildə Azərbaycan Dövlət Sənaye İnstitutunu, 1947-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.
1952-ci ildən 1970-ci ilədək konservatoriyanın fortepiano kafedrasının dosenti, tədris-elmi işlər üzrə prorektoru olub.
1960-cı ildə əməkdar incəsənət xadimi adını alıb. 1966-cı ildən fortepiano üzrə professor, 1959-1969-cu illərdə fortepiano kafedrasının müdiri vəzifəsində çalışıb. İki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilib.[1]
İstinadlar
- "Arxivlənmiş surət". 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-05.