Niftalı Quliyev
Niftalı Quliyev — Azərbaycan Respublikasının dünyaca tanınmış boks idman hakimi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ İdman ustası, Boks üzrə Beynəlxalq dərəcəli (EABA) hakim, Boks üzrə Beynəlxalq dərəcəli hakim. Avropa Boksçular İttifaqının hakimlər kollegiyasının üzvü.
Niftalı Quliyev | |
---|---|
Niftalı Tanrıverdi oğlu Quliyev | |
Doğum tarixi | |
Doğum yeri | Çanaqçı, Qafan rayonu, Zəngəzur mahalı, Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | (64 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | idman |
Mükafatları |
Həyatı
Niftalı Tanrıverdi oğlu Quliyev 1948–ci ildə Zəngəzur mahalının Qafan bölgəsinin Çanaqçı kəndində ziyalı ailəsində anadan olmuşdur.
Niftalı Quliyev idmana olan marağı gənc yaşlarından yaranıb.
O, məşqçisi milliyyətcə alman olan Boris Moordandan sənətin sirlərini öyrənməyə başlayıb. Sumqayıt şəhər 13 saylı orta məktəbdə təhsilini bitirdikdən sonra 1971–1975-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutunda təhsil almış və dəfələrlə Azərbaycan, Ümumittifaq yarışlarının qalibi və mükafatçısı olmuşdur. Niftalı müəllim 1975–ci ildə “SSRİ İdman ustası” adına layiq görülmüşdür.
O, 1984–1997–ci illərdə Sumqayıt şəhəri Ehtiyat Əmək Qüvvələri Cəmiyyətinin sədri, 1997–2000–ci illərdə Təhsil Nazirliyi Respublika İdman Mərkəzinin direktor müavini, direktor əvəzi, 2000–ci ildən Təhsil Nazirliyi Respublika Bədən Tərbiyə Mərkəzində direktor vəzifələrində işləmişdir. Niftalı Quliyev 1987–ci ildən Azərbaycan Boks Federasiyasının vitse–prezidenti seçilmişdir.
Dövlətimiz tərəfindən əməyi yüksək qiymətləndirilmiş və 1998–ci ildə Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi adına layiq görülmüşdür. Niftalı Quliyev 1993–cü ildə Boks üzrə Beynəlxalq dərəcəli (EABA) hakim, 1996–cı ildə Boks üzrə Beynəlxalq dərəcəli (AİBA) hakim, 2000–2007–ci illərdə dünyanın boks üzrə ilin ən yaxşı hakimi, 2004–cü ildə Afina Olimpiya Oyunlarının ən yaxşı hakimlərindən biri və 2005–ci ildə isə Pekində keçirilən dünya birinciliyində Dünyanın bir nömrəli hakimi olmuş və yarışları inamla idarə etdiyi üçün böyük şöhrət qazanmışdır.
Dünya Olimpiya və Avropa birincilikləri yarışlarını yüksək səviyyədə idarə etmiş və ədalətli qərarı ilə başqalarından fərqlənmişdir.
Niftalı müəllim elmi yaradıcılıqla da məşğul olmuş və pedaqoji elmlər namizədi alimlik dərəcəsini almışdır. O, 2005–ci ildən Azərbaycan Boks Federasiyasında Hakimlər Kollegiyasının sədri seçilmişdir. 2006–cı ildə Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi fəxri adına layiq görülmüşdür [1]. XXVIII Yay Olimpiya oyunlarında iştirak etmişdir.
Boks üzrə dünya çempionatlarında, yarışlarda Azərbaycanı şərəflə təmsil etmiş və Azərbaycanın Boks üzrə dünyada tanınmasında böyük xidmətləri olmuşdur.
Ölkə Prezidenti fərqlənən idmançılarla yanaşı, Niftalı Quliyevə də mükafatlar vermişdir. O, Prezidentin sərəncamı ilə mənzil və qiymətli mükafatlara layiq görülmüşdür. Niftalı Quliyev Polşa, Danimarka, Slovakiya, Macarıstan, Xorvatiya, Rumıniya, İtaliya, Borqarıstan, Yunanıstan, Türkiyə, İran və digər ölkələrdə Beynəlxalq boks yarışlarında beynəlxalq dərəcəli hakim kimi yüksək dərəcədə yarışları idarə etmişdir.
15 dekabr 2012–ci ildə Niftalı Quliyev qəflətən dünyasını dəyişdi.
İstinadlar
- "Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adlar verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı". 2021-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-14.