Nicat Xəlilli
Nicat Əli oğlu Xəlilli (9 dekabr 1994; Muğanlı, Zaqatala – 8 oktyabr 2020; Kəlbəcər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Nicat Xəlilli | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Muğanlı, Zaqatala rayonu, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Kəlbəcər rayonu, Azərbaycan |
Dəfn yeri | Muğanlı |
Vətəndaşlığı |
![]() |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Xidmət illəri | 2013—2014; 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Təltifləri |
![]() |
Həyatı
Nicat Xəlilli 1994-cü il dekabrın 9-da Zaqatala rayonunun Muğanlı kəndində anadan olub.[1] 2001-2012-ci illərdə O.Rəsulov adına Muğanlı kənd tam orta məktəbində təhsil alıb.
Hərbi xidməti
Nicat Xəlilli 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nicat Xəlilli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər və Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Nicat Xəlilli oktyabrın 8-də Murovdağ döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Muğanlı kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Xəlilli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[2]
İstinadlar
- "İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı" (PDF). mod.gov.az (az.). 2021-01-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 11 yanvar 2021.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.