Nicat Şükürlü

Nicat Ayaz oğlu Şükürlü (23 oktyabr 1991, Bayıl11 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.

Nicat Şükürlü
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bayıl, Səbail, Azərbaycan
Vəfat tarixi (28 yaşında)
Vəfat yeri Xocavənd rayonu, Azərbaycan
Dəfn yeri Badamdar, Səbail, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2009—2011 / 2020
Rütbəsi Çavuş
Döyüşlər İkinci Qarabağ müharibəsi
  Füzulinin azad edilməsi
  Hadrutun azad edilməsi
Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni  — 2022 "Vətən uğrunda" medalı  — 2020 "Xocavəndin azad olunmasına görə" medalı  — 2020 "Füzulinin azad olunmasına görə" medalı  — 2021

Həyatı

Nicat Şükürlü 1991-ci il oktyabrın 23-də Səbail rayonunun Bayıl qəsəbəsində anadan olub.[1] 1998–2009-cu illərdə Bayıl qəsəbəsində 49 saylı "İntellekt" liseyində təhsil alıb. 2014–2019-cu illərdə isə Slavyan Universitetində (BSU) "Beynəlxalq münasibətlər" üzrə ali təhsil alıb. Karate idman növü ilə məşğul olub və Azərbaycan daxili yarışlarda bir sıra nailiyyətlər əldə edib. Subay idi.

Hərbi xidməti

Nicat Şükürlü 2009–2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun çavuşu olan Nicat Şükürlü 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı FüzulininHadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Şükürlü oktyabrın 11-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Səbail rayonunun Badamdar qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Şükürlü ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Şükürlü ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat Şükürlü ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

İrsi və xatirəsi

  • 2021-ci ildə təhsil aldığı 49 nömrəli məktəb-liseydə büstü qoyulub.[5]
  • 2023-cü ilin mayında Bakının Səbail rayonunda yerləşən "Buxta" küçəsinin adı dəyişdirilərək şəhid Nicat Şükürlünün adı verilib.[6]

Təltifləri

İstinadlar

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 25.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  4. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  5. "Torpağı Vətən edən oğullar..." 2021-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
  6. "Bakının bu küçələrinə şəhidlərimizin adı verildi". 2023-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
  7. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  8. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 25.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  9. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  10. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) ( (az.)). 05.11.2022. 2022-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.11.2022.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.