Nic
Nic (udi НыъжӀ, НиъжӀ) — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Nic kənd inzibati ərazi vahidi tərkibindəki Nic kəndinə qəsəbə statusu verilmiş, Nic kənd inzibati ərazi vahidi Nic qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır.[1]
Nic | |
---|---|
40°56′24″ şm. e. 47°40′06″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 423 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
| |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası və iqlimi
Qəsəbə Qəbələ-Oğuz avtomobil yolunun kənarında, Alazan-Həftəran vadisində, Qəbələ şəhərindən 40 km cənub-qərbdə yerləşir. Ərazisinə görə rayonun ən böyük yaşayış məntəqəsidir.[2]
Əhalisi
Qəsəbədə udilər yaşayır.
Etnik qrup | Sayı, 1970 sa.[3] | Nisbəti, 1970 sa.[3] | Sayı, 1979 sa.[4] | Nisbəti, 1979 sa.[4] |
---|---|---|---|---|
cəmi | 6 071 | 100 % | 5 914 | 100 % |
udi | 4 495 | 74 % | 4 528 | 76.6 % |
azərbaycanlı | 1 156 | 19 % | 1 109 | 18.8 % |
erməni | 259 | 4.3 % | 137 | 2.3 % |
ləzgi | 88 | 1.4 % | 82 | 1.4 % |
rus və ukraynalı | 32 | 0.5 % | 18 | 0.3 % |
yəhudi | 5 | 0.1 % | 8 | 0.1 % |
13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Nic qəsəbəsində 5.744 nəfər (2.824 nəfəri kişilər, 2.920 nəfəri qadınlar) əhali yaşayır.[5] Qəbələ rayon İcra Hakimiyyətinin 2012-ci ilə olan rəsmi məlumatlarına əsasən qəsəbə əhalisinin 50 %-ni udilər, 40 %-ni azərbaycanlılar, 10 %-i isə ləzgilər təşkil edir.[6]
Əhalisinə görə rayonda ikinci sayılan qəsəbənin 6200 sakini var. Milli mənsubiyyətinə görə əhalinin 4000-i udin, 2200 nəfəri azərbaycanlılardır. Azərbaycanlılar Yalanşlı və Abdal məhəllələrində yaşayırlar.[2]
İqtisadiyyatı
Kənddə hər həftənin bazar günü ətraf kənd və rayon sakinlərinin iştirak etdiyi kənd təsərrüfatı yarmarkası keçirilir. "Nic bazarı" adı ilə tanınan yarmarkaya nəinki ətraf rayonlardan, hətta Bakıdan və Sumqayıtdan ticarətə gələnlər olur.
Rayonun ən iri fındıq bağları məhz bu qəsəbənin yaxınlığındadır. Hər il ətraf kəndlərin də sakinləri mütəşəkkil meyvə yığımına gəlir, fındıqçılıq birliyinin rəhbərləri əhalinin maraqlarına uyğun tələblərlə kütləni mövsümü işlə təmin edirlər.[2]
Mədəniyyət
Nic qəsəbəsində Udi Mədəniyyət mərkəzi fəaliyyət göstərir.
Təhsil
Nicdə ilk udi məktəbi 1854-cü ildə açılıb. Müəllimlər içərisində yerli sakinlərdən – udilər də var idi. 1931–1933-cü illərdə udilər təhsili doğma dillərində, 1937–ci ildən Azərbaycanda Azərbaycan və rus dillərində, Gürcüstanda gürcü dilində alırlar.
Qəsəbədə ibtidai sinif şagirdləri üçün udi dili də tədris olunur.[2]
Din
Dindar əhalisi əsasən xristian udilər və müsəlman azərbaycanlılardan ibarətdir. Kənddə üç kilsə və bir məscid mövcuddur:
- Müqəddəs Yelisey Kilsəsi (1823)
- Tsilin kilsəsi (1866)
- Müqəddəs Məryəm Ana kilsəsi (1890)
- Cümə məscidi (2007)
Şəkillər
- Müqəddəs Yelisey adına Cotari Kilsəsi
- Tsilin kilsəsi
- Bulun kilsəsi
- Cümə məscidi
İstinadlar
- "Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı". 2022-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
- Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
- Ethno-Caucasus, Этнодемография Кавказа: Куткашенский район (перепись 1970 года) Arxivləşdirilib 2020-02-20 at the Wayback Machine
- Ethno-Caucasus, Этнодемография Кавказа: Куткашенский район (перепись 1979 года) Arxivləşdirilib 2020-01-23 at the Wayback Machine
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Qəbələ rayonu
- Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin bir media layihəsi—"Modern.az" internet portalı: Dağlar arxasında üç xalq: Nic kəndinin dinc sakinləri... Arxivləşdirilib 2012-02-20 at the Wayback Machine---yayınlanma tarixi: 17.02.2012