Nibiru

Nibiru (tərcüməsi Keçid planeti, müasir dilimizdə X planeti) — Günəş sistemində yerləşdiyi güman edilən xəyali planet. Yer planetindən 4 dəfə böyükdür.

Tədqiqatlar

Bəzi tədqiqatçıların iddialarına görə bu səmavi cisim Şumer mətnlərində Günəş sistemində 12-ci planet kimi təsvir olunub. Əfsanəyə görə, planet hər 3600 ildən bir Mars və Yupiter arasında peyda olur. Lakin bu məsələ ilə bağlı nə şumerşünaslıq, nə də astronomiya sahəsində konkret elmi işlər mövcud deyildir.

Şumer inancı

Əfsanəyə görə bu planet əvvəllər gəlmiş və insanlığı yaratmışdır. Şumerlər onları "Anunakilər" yəni tanrılar adlandırmışdırlar. Əfsanəyə görə onların kişilərinin boyu 5 metrə, qadınlarının boyu isə 3 metrə çatarmış. Şumer tabletlərində onlar qanadlı təsvir olunmuş üzləri isə sanki maska ilə örtülü olarmış. Bu da onu göstərir ki, onlar bu planeti mühitinə uyğun olmayan bir şəkildə tənəffüs edirlər.

NASA-nın proqnozu

ABŞ alimlərinin ən son hesablamalarına görə 14 fevral 2013-cü ildə Yer Nibiru və Günəşin arasından keçəcək. Həmin gün dünyanın sonu çatacaq və ya yerin böyük əksəriyyəti məhv olacaq. Mütəxəssislərin fikrincə, həmin vaxt çoxsaylı zəlzələlər və bütün dünyada böyük sunamilər baş verəcək. Belə ki, Yer Nibiru və Günəş planetinin arasından keçməsi Yer planetinin maqnit qütblərinin qarışmasına gətirib çıxaracaq. Bu da nəticə etibarilə Yerin öz oxunu dəyişməsinə səbəb olacaq. Alimlərin məlumatına görə, Nibiru Yerdən 1 iyul 2014-ci ildə uzaqlaşacaq. Bu vaxta qədər isə Yerdə sonu olmayan kataklizmlər gözlənilir.

Tədqiqatçıları

Azərbaycan əsilli şumerşünas Zaxariya Sitçin MisirMesopotamiyadakı araşdırmaları nəticəsində qədim sivilizasiyaların da bu planetdən xəbərdar olduğunu müəyyənləşdirmişdir.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.