Nişbaş çayı

Nişbaş (özb. Nishboshsoy, Нишбошсой) — Özbəkistanın Daşkənd vilayətində dağ çayı. Çay Ahanqaran rayonu ərazisinə daxildir və Ahanqaran çayının sol qoludur[1]. Çay yuxarı axarlarında Qaşqaçay adlanır (özb. Qashqasoy/Қашқасой), orta axarlarında isə — Layak adlanır (özb. Loyaksoy).

Nişbaş çayı
özb. Nishboshsoy, Нишбошсой
Ölkə
Uzunluğu
  • 30 km
Hövzəsinin sahəsi 180 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

Çayın uzunluğu 30 km, su toplayıcı hövzənin sahəsi isə — 180 km²-dir. Çay əsasən qar və yağış suları ilə qidalanır. Çayın orta illik su sərfi 2,55 m³/s-dir. Mart ayından iyuna kimi su həcmi 3,52 m³/s-dən 8,66 m³/s-dək artır.[1]

Nişbaş öz başlanğıcını Kuramin silsiləsinin şimal ymacalarından götürür. Çayın mənbəyi Akşurak zirvəsinə yaxın olub Özbəkistan Tacikistan sərhəddindədir. Mənbə əsasən çox böyük olmayan buzlaqdan ibarətdir (3550 m). Çay yuxarı axarlarında Kaşqaçay adlanır (Qashqasoy/Қашқасой). Çay əsasən şimal istiqamətdə axır. Yuxarı və orta axarlarında çay dərin və dik qayalı yataq əmələ gətirir.[2]


İstinadlar

  1. Нишбошсой — Национальная энциклопедия Узбекистана. — Ташкент, 2000—2005.
  2. Лист карты K-42-117 Ашт. Масштаб: 1 : 100 000. Состояние местности на 1983 год. Издание 1989 г.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.