Nişat Mehdiyev

Nişat Əhməd oğlu Mehdiyev (31 yanvar 1963, Ağstafa) — "Qanunun hədəfində" qəzetinin təsisçisi və baş redaktoru (avqust 2008-dən), Azərbaycan Təhsil İşçiləri Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri (2003-dən).

  • Alim-pedaqoq Əhməd Mehdiyevin oğludur.
Nişat Mehdiyev
Nişat Əhməd oğlu Mehdiyev
Doğum tarixi
Doğum yeri Azərbaycan Azərbaycan SSR, Ağstafa
Vətəndaşlığı Azərbaycan
Atası Mehdiyev Əhməd Məmməd oğlu
Anası Hadıyeva Xanım Müzəffər qızı
Milliyyəti azərbaycanlı
İxtisası tarixçı, hüquqşünas və jurnalıst
Təhsili ali

Həyatı

Nişat Əhməd oğlu Mehdiyev 31 yanvar 1963-cü ildə Ağstafa şəhərində anadan olmuşdur.

1970-ci ildə Bakı şəhəri 13 nömrəli orta məktəbin birinci sinfinə getmiş, 1980-cı ildə həmin məktəbi bitirmişdir. 1983-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuş və 1988-cu ildə həmin institutu tarix və ictimaiyyət müəllimi ixtisası alaraq bitirmişdir.

1981-cü ilin may ayından 1983-ci ilin aprelinədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

1991-ci ilin oktyabrından 1995-ci iln fevralınadək (fasilələrlə) Azərbaycan Milli Ordusu sıralarında erməni hərbi qüvvələrinə qarşı döyüşlərdə iştirak etmişdir. Dəfələrlə yaralanmağına baxmayaraq, müalicələlərini aldıqdan sonra yenidən öz döyüş dostlarının yanına qayıtmış və mübarizəsini davam etdirmişdir.

Fəaliyyəti

Əmək fəaliyyətinə 1980-cı ildən fəhləlikdən başlamışdır.

1996-cı ildən təhsil sistemində - 20, 286 №-li məktəblərdə tarix fənnini tədris etmiş, 2005-ci ildən isə Yasamal Rayon Təhsil Şöbəsində, 2007-ci ildən isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metod Mərkəzində metodist vəzifəsində çalışır.

Yaradıcılığı

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnoqrafiya İnstitunun dissertantı olmuşdur. "Xınalıq" haqqında tarixi-etnoqrafiq elmi məqalələrin müəllifi olmuşdur. Bir çox qəzet və jurnallarda 200-ə yaxın məqalələri vardır.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.