Nişangah
Nişangah, nişanalma vasitələri — odlu silahları və ya raket silahlarını hədəfə tuşlamaq üçün cihaz və mexanizmlər.
Nişangah vasitəsilə silah lüləsinin oxuna fəzada lazımi üfüqi və şaquli tuşlama bucaqlarda verilir. Nişangahın mexaniki, optik, elektron-optik və s. növləri var. Avtomatik və qeyri-avtomatik nişangahlar olur. Müasir silahların əksəriyyəti gecə atəş açmaq üçün xüsusi nişangahla təmin olunur. Birbaşa və vasitəli tuşlama prosesi üçün iki nişangahlı müasir silahlar daha geniş yayılmışdır.
- Dioptrik nişangahlı "Valmet Rk 62"
- MP5 dioptrik nişangahı
- L-şəkilli dioptrik nişangah
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.