Nişançı Firudin Əhməd bəy
Nişançı Firudin Əhməd bəy həmçinin Nişançı Firudin Əhməd Paşa — dövlət xadimi, nişancı, tarixçi, xəttat və şair. I Süleymanın nəvəsi Ayşə Hümaşah Sultanın ikinci əri. Ona Osmanlı imperiyasının "ən məşhur nişançılarından biri" deyilir. İki əsərin müəllifidir: "Munşaat us-Salatin" ("Sultanların Məktubları") və "Nüzhetü-l-esrâr-il-ahbâr" (Siqetvar səfərinin təsviri).[1]
Nişançı Firudin Əhməd bəy | |
---|---|
türk. Nisanci Feridun Ahmet Bey | |
| |
Monarx | I Səlim, I Süleyman, III Murad |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XVI əsr |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul |
Dəfn yeri | Firudin Əhməd bəy türbəsi |
Fəaliyyəti | tarixçi, yazıçı, hərbi qulluqçu |
Həyat yoldaşı | Ayşə Hümaşah Sultan |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Firudin Əhməd bəyin doğulduğu vaxt və yer məlum deyil. Vəqfin qeydlərinə görə atasının adı Abdulkadir olub. O, Çivizade Abdulla-effendi ilə birlikdə Şeyxülislam Çivizade Muhittin Mehmet-effendinin qardaşı deterdar Avdi-çələbinin ailəsində böyüyüb.[1][2][3] 1552–1553-cü ildə Firudin Əhməd o dövrdə Rumeli bəylərbəyliyi olan Sokollu Mehmed Paşanın xidmətinə şəxsi katib olaraq girib.[2] 1554-cü ildə I Süleyman ordusu ilə birlikdə Naxçıvan yürüşündə iştirak edib.[2]
Firudun Sokollu Mehmed Paşanın etibarlı adamı idi. 1565-ci ildə Firudinin himayədarı Sokollu baş vəzir (sədrəzəm) oldu. 1566-cı ildə Firudin, Sokollu Mehmed Paşanı və I Süleyman Qanunini Siqetvara yürüşdə müşayiət etdi. Məhz Əhməd bəy Sultanın ölümü ilə bağlı məlumatların gizlənməsində Sokollu Paşaya kömək etdi. Şahzadə Səlimə atasının ölümü ilə bağlı Sokollu Mehmed Paşanın möhürü ilə təsdiqlənmiş məktubu yazan Firudin Əhməd bəy oldu.[4] 1570-ci ildə Firudin Əhməd bəy Reis ül-Küttab səviyyəsinə yüksəldi.[2] 1573-cü ildə o, nişancı oldu.[1][2][3]
1574-cü ildə II Səlimin ölümü və III Muradın hakimiyyətə gəlməsi ilə vəziyyət dəyişdi. Murad Sokollunun saray və dövlətdə təsirini azaltmağa çalışdığından, onun etibarlı adamlarını ətrafından uzaqlaşdırmağa başladı. Əhməd bəy Səməndirə (hazırkı Smederovo) sancakbəy olaraq təyin edildi.[1][2][3] 1577–1581-ci illərdə Köstəndildə sancak bəyi oldu.[1][2] 1581-ci ildə sədrəzəm Qoca Sənan Paşanın rəhbərliyi ilə ikinci dəfə nişançı vəzifəsini aldı.[2]
Nişancı Firudin Əhməd bəy 1583-cü ildə vəfat etdi. O, öz məqbərəsində dəfn olundu.[1][2][3]
Ailəsi
Tarixçilər Nişancı Firudin Əhməd bəyin 6 aprel 1582-ci ildə I Sultan Süleymanın qız nəvəsi Ayşə Hümaşah Sultanın ikinci əri olduğu qənaətindədirlər.[2][5][6], amma əvvəllər onun Ayşə Hümaşah Sultan yox, III Muradın bacısı Əsməhan Sultanın ikinci əri olduğu yazılırdı.[7].
"İslam Ensiklopediyası"da hər iki versiyadan da bəhs edilir: "Yəqin ki, 6 aprel 1582-ci ildə Rüstəm paşa ilə Mihrimah Sultanın qızı və Əhməd Paşanın dul arvadı Ayşə Hümaşah Sultan ilə ailə qurdu… Amma şayiələr gəzirdi ki, o, Sokollu Mehmed Paşanın dul arvadı Əsməhan Sultan ilə də evlənib."[2].
Nişançı Firudin Əhməd bəyin (ilk arvadından və ya cariyəsindən) Xəlil bəy adlı bir oğlu var idi. Xəlil bəy. 1592–93-cü ildə Əskişəhərin sancakbəyi olub.[2][8][9].
Xatirəsi
Nişançı Firudin Əhməd bəy Memar Sinan tərəfindən tikilmiş türbədə[10] dəfn edilib. Türbədə iki işarəsiz məzar daşı var. Övliya Çələbi yazırdı ki,[11] Firudin Əhməd bəy öz türbəsində dəfn olunub. Buna görə də iki məzardan biri Əhməd bəyə məxsus olmalıdır. İkinci məzarın kimə məxsus olması məlum deyil.[10]
Vəqfin qeydlərinə görə Firudin Əhməd bəy Kösədərə (Ayvacık) və Dimetokada iki məscidin tikintisini maliyyələşdirib. Dimetokda o şəxsi vəsaiti hesabına bir hamam da tikdirib.[2][8]
Əsərləri
- "Münşeât’üs Selatin"("Munşaat us-Salatin")[12] sultanların məktubları, fərmanları və sənədləri toplanıb. Bu əsər o qədər vacib və məşhurdur ki, Firudin bəy çox vaxt sadəcə "Münşaat us-Salatın müəllifi" adlandırılır.[13] Əsər Osmanlı imperiyasının erkən və klassik dövrləri haqqında əsas məlumat mənbəyi sayılır. Münşaat XIX əsrdə iki dəfə nəşr edilib.[1][2]
- "Neshet’ül Ahbâr" — şəxsən qatıldığı Sıqetvara hərbi səfərin təsviri və I Süleymanın ölümü ilə müşayiət olunan hadisələr əks olunub. Əlyazmada II Səlimin taxta çıxmasının ilk təsviri də verilib.[14] Bu təsvirlər başqalarından onunla fərqlənir ki, Firudin bəy sədrəzəmin yaxın şəxslərindən biri olduğundan, dar saray çevrəsinə bələd idi. Bu səbəbdən orda baş verən bütün hadisələri təfərrüatlı şəkildə təsvir edib. Topqapı muzeyində Seyid Lokmanın miniatürlərindən ibarət bir nəşri də saxlanılır.[15]
Əhməd bəy eyni zamanda əxlaq mövzusunda bir əsər də müəllifidir. Bu əsər "Miftah-i Cennet" adlanır.
"II Selim Kanunname"[16] — II Selimin dövründə verilmiş qanun məcəlləsidir. SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Asiya Muzeyində türk sənədləri arasında eyni adda iki naməlum əlyazma tapılmışdır. Bunlar "Sultan Səlim Xanın Qanunlar Kitabı və onun qəbri nurla dolsun" adlanırdı.[17] Katib tərəfindən oxunan zaman əlyazmalarda qeydlər və şərhlər qoymuşdur. Bölümlərin altında iki yerdə "Nişançı Əhməd bəy" imzası var. Bu qanunlar küliyyatının redaktorunun Nişançı Firudin Əhməd bəy olduğunu göstərir.[13]
İstinadlar
- Hist dictionary, 2003
- Özcan-F, 1995
- Süreyya-2. səh. 520, 521
- Hammer-Purgstall-6, 1836. səh. 290
- Alderson, 1956, table XXX
- Necipoğlu, 2005. səh. 297
- Süreyya-1. səh. 19
- Süreyya-2. səh. 520,521
- Öztuna, 2014. səh. 12
- Türbesi
- Evliya. səh. 200
- Özcan-M, 2006
- Тверитинова
- Ertug, 2010. səh. 257
- Ertug, 2010. səh. 270
- Ümit, 2005
- Кащенко
Ədəbiyyat
- Alderson, Anthony Dolphin. The Structure of the Ottoman Dynasty (PDF). Oxford: Clarendon Press. 1956.
- Evliya Çelebi. Seyahatnamesi 1Cilt (PDF). 200. Arxiv surəti 21 fevral 2017 tarixindən Wayback Machine saytında
- Ertug, Zeynep Tarim. The Depiction of Ceremonies In Ottoman Miniatures: Historical Record or a Matter Of Protocol. (Muqarnas: An Annual on the Visual Culture of the Islamic World). № 27. 2010. 251—275.
- Hammer-Purgstall, Joseph von ; Hellert,J.-J. Histoire de l'Empire ottoman, depuis son origine jusqu'à nos jours. 6. Paris: Bellizard Barthès, Dufour & Lowell. 1836.
- Ümit K. Nişancı Feridun Ahmet Paşa Kanunnâmesi (PDF). (A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergisi). № 28. Erzurum. 2005. 281—310.
- Necipoğlu, Gülru. The Age of Sinan. Architectural Culture in the Ottoman Empire. London: Reaktion Books. 2005.
- Özcan, Abdülkadir. Feridun Ahmed Bey (PDF). Islamansiklopedisi, 12 Cilt. 1995. 396–397.
- Özcan, Abdülkadir. Münşeatü's-Selatin (PDF). Islamansiklopedisi, 32 Cilt. 2006. 20–22.
- Öztuna, Yılmaz. Kanuni Sultan Süleyman. Istanbul. 2014. 12. ISBN 978-605-155236-1.
- Somel, Selcuk Aksin. Historical Dictionary of the Ottoman Empire. Lanham, Maryland and Oxford: Scarecrow Press. 2003. 90. ISBN 0-8108-4332-3.
- Süreyya, Mehmed. Sicill-i Osmani (PDF). 1. 19.
- Süreyya, Mehmed. Sicill-i Osmani (PDF). 2. 520, 521.
- Uzunçarşılı, İsmail Hakkı. Osmanlı Tarihi (PDF). Ankara: Türk Tarih Kurumu. 1988.
- "Кащенко С.Г., Преступления против нравственности и меры наказания за них в средневековой Турции" (PDF). 2017-05-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-03-29.
- "Тверитинова А. С., Кануннаме султана Селима I и его место в законодательстве". İstifadə tarixi: 2017-03-29.
Xarici keçidlər
- "Eyüp Feridun Paşa Türbesi". 2017-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-29.
- "Mecmua-yı münşeat-i Feridun Bey". İstifadə tarixi: 2017-03-29., Harvard library.
- "Sigetvar Seferi Tarihi ve Nakkaş Osman". 2017-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-29.
- "Osmanlı Kanunnameleri (Doğuşu, Çeşitleri ve Tarihi Seyri)" (PDF). 2017-05-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-03-29.
- "Nişancı Ahmet Feridun Bey". 2017-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-29.
- Somel, Selcuk Aksin. The A to Z of the Ottoman Empire. Scarecrow Press. 2010. ISBN 978-0810875791.