Neytan Trent

Natanael Koll (alm. Nathanaele Koll; d. 4 aprel 1992, İnsbruk, Avstriya) və ya səhnə adı ilə Neytan Trent (ing. Nathan Trent) — Avstriya müğənnisi. O Avstriyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Neytan Trent
ing. Nathan Trent
Neytan Trent 2017-ci ildə
Neytan Trent 2017-ci ildə
Ümumi məlumatlar
Doğum adı Natanael Koll
ing. Nathanaele Koll
Doğum tarixi
Doğum yeri İnsbruk, Avstriya
Vətəndaşlığı
Milliyyəti Avstriya Avstriya
İtaliya İtaliya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2003–h.h.
Janr pop
Musiqi alətləri piano, skripka
nathantrent.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və musiqi karyerası

Neytan Trent 4 aprel 1992-ci ildə Avstriyanın İnsbruk şəhərində anadan olmuşdur. Onun atası Avstriyalı, anası isə İtalyandır. 2003-cü ildə Neytan Avstriyanın uşaqlar üçün nəzərdə tutulmuş Kiddy Contest yarışmasında iştirak etmişdir.

2016-cı ilin iyun ayında Neytan "Like It Is" adlı debüt sinqlını çıxarmışdır. Həmin ilin dekabr ayında Avstriyanın ÖRF telekanalı Neytanın Avstriyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır.[1] 2017-ci ilin fevral ayında müğənninin Avroviziya səhnəsində ifa edəcəyi "Running on Air" mahnısı dinləyicilərə təqdim edilmişdir.

Uzun məşqlərdən sonra Neytan 11 may tarixində baş tutan müsabiqənin ikinci yarımfinal mərhələsində ikinci nömrə altında səhnə almışdır. Nəticədə Neytan 147 xalla 7-ci yeri tutaraq, Avroviziya 2017-nin finalına yüksəlməyə nail olmuşdur. Finalda mahnısını bir daha ifa edən müğənni ümumi nəticədə 26 ölkə təmsilçisi arasında 93 xalla 16-cı yerdə qərarlaşmışdır.

Diskoqrafiya

Sinqllar

Mahnı adı İl
"Like It Is" 2016
"Running on Air" 2017
"Good Vibes"

İstinadlar

  1. "Austria: Nathan Trent to Kyiv!". ESCToday. 2017-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 dekabr 2016.
Əvvəlki:
Zoë Straub
"Loin d'ici"
Avstriya Avroviziya Mahnı Müsabiqəsində

2017
Sonrakı:
Sezar Sampson
"Nobody but You"

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.