Neyron şəbəkələr
Neyron şəbəkələr — Çıxıntılar vasitəsilə impulsları ötürən neyronlar öz aralarında qarşılıqlı təsirdə olmaqla neyron şəbəkələr əmələ gətirirlər.
Adətən neyron şəbəkələrin, strukturalarına və təyinatlarına görə fərqlənən üç əsas tipini göstərirlər. Birinci tip ierarx şəbəkələr adlanır. Belə şəbəkələrdə məlumat ierarxiyanın bir səviyyəsindən digərinə ardıcıl keçirilməklə ötürülür. Neyron şəbəkələrin ikinci tipinə məhdud təsir dairəsinə malik olan neyronlardan formalaşmış lokal şəbəkələr aiddir. Bu tip lokal şəbəkənin neyronları erarxiyanın bir səviyyəsi çərçivəsində məlumatı emal edirlər. Bu zaman funksional lokal şəbəkə özünü nisbi izoleolunmuş ləngidici və yaxud da həyəcanlandırıcı struktura kimi təqdim edir.
Neyron şəbəkələr əsas olaraq 3 hissəyə ayrılırlar:
- 1. Tam əlaqəli şəbəkələr;
- 2. Çoxlaylı neyron şəbəkələri;
- 3. Zəif əlaqəli şəbəkələr.
Tam əlaqəli neyron şəbəkələri əsas olaraq süni neyron şəbəkəsində iştirak edən hər bir neyronun digər neyronlar ilə əlaqəsinin olmasıdır. Çoxlaylı neyron şəbəkəsinə gəldikdə isə bu neyronlar çoxlu sayda laylar vasitəsilə qurulur. Hər bir layda neyronların sayına heç bir məhdudiyyət qoyulmur. Layda istənilən sayda neyron ola bilər. Neyronların sayı özündən əvvəlki və sonrakı laydan heç asılı deyil. Çox laylı neyron şəbəkələrin aşağıdakı tipləri mövcuddur.
1. Monotonluq
2. Tərs əlaqəsiz şəbəkələr
3. Əks əlaqəli neyron şəbəkələri.
Ədəbiyyat
- Bain. Mind and Body: The Theories of Their Relation. — New York: D. Appleton and Company, 1873.
- James. The Principles of Psychology. — New York: H. Holt and Company, 1890.