Nevroz
Nevroz — sinir sisteminin geri dönən funksional pozğunluğu olub, sinir sisteminə uzun müddət ərzində üzücü təsir edən müxtəlif faktorların təsiri nəticəsində baş verir.
Nevroz | |
---|---|
XBT-10 | F48.9 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
“Nevroz” termini ilk dəfə 1776-cı ildə Şotlandiya həkimi U.Qullen tərəfindən təklif edilmişdir. XIX əsrin axırlarına qədər bir sıra somatik nevroloji, psixi və s. xəstəliklər nezrozlar kimi təsvir edilirdi. F.Pinel karlığı,korluğu, bağırsaq keçilməzliyini, tetanus xəstəliyini də nevroz hesab edirdi. M.Romberq isə hətta iflicləri, beyin sifilisini, mühiti sinir sisteminin xəstəliklərini nevrozlar kimi təqdim etməyə cəhd göstərmişdir. XIX əsrin sonuna doğru patoloji anatomiyanın, histologiyanın inkişafı ilə əlaqədar olaraq nevroz probleminə münasibət dəyişməyə başladı və onun MSS-də heç bir dəyiçiklik törətməyən, sırf funksianal xəstəlik olması sübuta yetdi. 1911-ci ildə P.Jane nevrozların yaranmasında psixogeniyaların rolunu sübut edərək göstərdi ki, sadə reaksiyalar (psixonevroloji əlamətlər) daha mürəkkəb reaksiyaların (ASF-in) çatışmazlığı, daha doğrusu onların tarazlığının pozulması nəticəsində meydana çıxır. Bu ideyanı müdafiə edən P.Duboya (1912) “nevroz” terminini “psixonevroz” termini ilə əvəz etməyi təklif etdi. Nevrozların müasir təsnifatı hələ də mübahisəlidir. Bəzi müəlliflərin fikrincə nevrozların klassik 3 forması nerasteniya,sarışan hallar nevrozu, isteriya ilə yanaşı digər nevrozlar və nevrotik hallar da mövcuddur. Bunlara ipoxondrik, depressiv nevroz, qorxu nevrozu, vegetanevroz və s. aid edilir.
Ümumi məlumat
Sadə dildə desək, nevroz uzun müddət ərzində davam edən xroniki streslərin nəticəsində inkişaf edir və bu zaman müxtəlif səbəblər üzündən insan uzun müddət onun üçün mürəkkəb hesab edilən bu vəziyyətdən çıxış yolunu heç cür tapa bilmir. Belə vəziyyətlərə bir neçə misal da çəkmək olar. Məsələn: insana onun hazırkı işi xoş gəlmir, ancaq o, başqa iş tapa bilmədiyi üçün bu işlə məşğul olmağa məcburdur; ailə cütlüyü arasında uzun müddət ümumi qarşılıqlı anlaşma olmasa da, onlar uşaqlarına görə nigahlarını poza bilmirlər və s.
Qadınlar nevrozlara daha çox meylli olurlar ki, bu da onların kişilərə nisbətən daha emosional, həssas olmalarından irəli gəlir.
Sinir sisteminin fəaliyyətinin təşkilində biokomyəvi, endokrin, immun və digər bioloji proseslərin vacib rol oynaması artıq heç kimdə şübhə doğurmur. Sinir sisteminin irsi xüsusiyyətlərini də qiymətləndirmək vacibdir. Yüksək sinir fəaliyyətinin funksional patologiyası kimi qiymətləndirilən nevrozların meydana gəlməsində təsbit olunan bütün faktorları təhlil etmədən bu xəstəliyin necə meydana gəldiyini və inkişaf mexanizmini doğru təyin etmək mümkün deyil. Nevrozun əsas formalarına qorxu nevrozu, isterik nevroz, nevrotik fobiyalar, obsessiv-kompulsiv nevroz, depressiv nevroz, nevrasteniya, ipoxondrik nevroz aiddir.Sovet psixiatrları nevrozun 3 əsas formasını ayırd ediblər: nevrasteniya, isterik nevroz və sayrışan hallar nevrozu.[1]
Əlamətləri
Nevrozun əsas əlamətləri həyəcan, narahatlıq, qorxu, məyusluq, ümüdsizliyə qapanmaq; tez bir zamanda, hətta kiçik həcmli işin icarə edilməsi zamanı baş verən yorğunluq, həyat aktivliyinin zəifləməsi, yuxusuzluq, çətinliklə yuxuya getmək və ya yatıb-durduqdan sonra həqiqətən istirahət edə bilməsi hissiyyatının olmaması, güclü işıqlanma və yüksək səsə ağrılı reaksiya verilməsi. Müxtəlif fobiyaların yaranması (məsələn, insan birdən-birə liftə, metroya və s. nəqliyyat vasitələrinə minməkdən qorxur), beyindən çıxmayan fikirlərin və hərəkətlərin olması (məsələn, evdən çıxdıqdan sonra qaz, işıq, ütünün yanıq şəkildə qalmasından qorxaraq bir neçə dəfə geri qayıtmaq) da mümkündür.[2]
Istinadlar
- "NEVROZ-qadınların bəlası". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-17.
- "Nevroz". 2018-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-17.