Neuralink

Neuralink Corporation — 2016-cı ildə San Fransiskoda, İlon Mask və səkkiz nevroloq tərəfindən implantasiya edilə bilən beyin-maşın interfeyslərini inkişaf etdirmək üçün qurulan Amerika neyrotexnologiya şirkətidir.

Neuralink
Loqonun şəkli
Ümumi məlumatlar
Təsis tarixi iyul 2016
Baş qərargahın yeri
Struktur
İşçi sayı
  • təq. 300 nəf. (2022)[1]
Rəhbərlik
Təsisçilər
neuralink.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ticarət markası "Neuralink" 2017-ci ilin yanvar ayında əvvəlki sahiblərindən alınıb. Şirkət qurulduğu gündən bəri müxtəlif universitetlərdən bir çox tanınmış nevroloqları işə qəbul etmişdir.

Ümumi baxış

2017-ci ilin aprel ayında bir Wait But Why adlı bloq şirkətin qısa müddətdə ciddi beyin xəstəliklərini müalicə etmək üçün müxtəlif cihazları inkişaf etdirməyi hədəflədiyinu və nəticədə ortaya çıxan insan inkişafının bəzən transhumanizm olaraq adlandırıldığını bildirdi. Mask bu fikirlə qismən, İen Benksin 13 romanından ibarət Mədəniyyətin (The Culture) uydurma kainatının bir parçası olan "sinir bağları" adlı bir elmi-fantastik konsepsiya ilə maraqlandığını söyləmişdir.

Mask, sinir bağını mütləq geniş cərrahi müdaxilə mənası verməyən, ancaq ideal şəkildə damar və ya arteriya vasitəsilə implant yerləşdiriləcək olan "korteksin üstündəki rəqəmsal təbəqə" olaraq xarakterizə etmişdir. Mask, uzunmüddətli hədəfin, nəzarətsiz qalarsa bəşəriyyətin varlığı üçün bir təhlükə kimi qəbul etdiyi "süni intellekt ilə simbioz" əldə etmək olduğunu demişdir. Bu gün bəzi nevroprotezçilər beyin siqnallarını şərh edə və əlillərin protez qollarına və ayaqlarına nəzarət etməsinə imkan yarada bilirlər. Mask bu texnologiyanı aktivləşdirmək əvəzinə, genişzolaqlı sürətlə digər xarici proqram təminatı və cihazlarla qarşılıqlı əlaqə qura bilən implantlarla əlaqələndirmək niyyətindədir.

2018-ci ildən etibarən şirkət "ictimaiyyətə açıq olduğundan işləri haqqında olan məlumatları çox gizli" olsa da, dövlət qeydlərində San-Fransiskoda bir ədəd heyvan test müəssisəsi qurmağa çalışdığını (ancaq görünüşə görə bir ədəd açmayıb) göstərdi, daha sonra Kaliforniya, Davis Universitetində tədqiqatlar həyata keçirməyə etməyə başlamışdır.

2018-ci ildən etibarən, Neuralink, San Fransiskonun Mission regionunda Maskın ortaq şirkətlərindən biri olan OpenAI ilə bir ofis binasını bölüşür.

2020-ci il 28 avqust 15:00-da (ABŞ saatıyla) şirkətin canlı nümayişi demo keçirilib. Nümayişdə bu beyin implantının sağlamlıq təhlükəsizliyini vurğulamaq adına 3 donuz üzərində sınaqdan keçirilib.[2]

İstinadlar

  1. Neuralink co-founder departs Musk-backed startup. 2022.
  2. "Arxivlənmiş surət". 2022-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.