NetBIOS

NetBIOS (Network Basic Input/Output System) – şəbəkənin bir bəndindən başqa bəndinə verilənlərin ötürülməsi zamanı aşağı səviyyəli şəbəkə əməliyyatlarını yerinə yetirmək üçün proqram interfeysi (API). De-fakto standart olan NetBIOS IBM və Sytek şirkətləri tərəfindən 1984-cü ildə işlənib hazırlanıb.

Tarixi

NetBIOS vasitələri IBM PC baza giriş/çıxış sistemi (BIOS) standart funksiyalarının IBM firmasının PC Network şəbəkə proqramı üçün şəbəkə variantı kimi 1984-cü ildə işlənmişdir və tətbiqi səviyyədə şəbəkə servislərinin realizəsi üçün SMB (Server Message Block) protokolundan istifadə edirdi.

Fəaliyyəti

NetBIOS protokolu OSİ modelinin üç səviyyəsində işləyir: şəbəkə, nəqliyyat və seans. NetBIOS protokolu IPX və SPX protokollarına nisbətən daha yüksək səviyyələrə servislər təmin edə bilir, lakin marşrutlama qabiliyyətinə malik deyil. Beləliklə, NetBIOS sözün ciddi mənasında şəbəkə protokolu deyil.NetBIOS-da faydalı bir çox şəbəkə funksiyaları var, onları şəbəkə, nəqliyyat və seans səviyyələrinə aid etmək olar, lakin onların köməyi ilə paketlərin marşrutlanması mümkün deyil, çünki NetBIOS protokolunda şəbəkə anlayışı daxil edilmir. Bu NetBIOS protokolunun tətbiqini altşəbəkələrə bölünməyən lokal şəbəkələrlə məhdudlaşdırır. NetBIOS həm deytaqram mübadiləsini, həm də birləşmə qurmaqla mübadiləni dəstəkləyir. OSI modelinin tətbiqi və təsvir səviyyələrinə uyğun gələn SMB protokolu işçi stansiya ilə server arasındakı qarşılıqlı əlaqəni nizamlayır.
SMB funksiyalarına aşağıdakı əməliyyatlar daxildir:

Sessiyaların idarə edilməsi. İşçi stansiya ilə fayl serverin şəbəkə resursları arasında məntiqi kanalın yaradılması və kəsilməsi. Fayla giriş. İşçi stansiya fayl-serverə kataloqların yaradılması və silinməsi, faylların yaradılması, açılması, bağlanması, oxunması və fayla yazma, fayların adının dəyişdirilməsi, fayların silinməsi, faylların axtarışı, fayl atributlarının oxunması və dəyişdirilməsiı, yazıların bloka alınması sorğuları ilə müraciət edə bilər.

Çap servisi. İşçi stansiya faylı çap üçün növbəyə qoya və çap növbəsi haqqında məlumat ala bilər.

Məlumatlar servisi. SMB sadə məlumat ötürülməsini aşağıdakı funksiyalar ilə dəstəkləyir: sadə məlumatın göndərilməsi; geniş əhatəli məlumatın göndərilməsi; məlumatlar blokunun başlanğıcının göndərilməsi; məlumatlar blokunun mətninin göndərilməsi; məlumatlar blokunun sonunun göndərilməsi; istifadəçinin adının göndərilməsi; yenidən göndərməni ləğv etmək; maşının adının əldə edilməsi.

NetBIOS-un təqdim etdiyi API funksiyalarını istifadə edən tətbiqi proqramların sayı çox olduğundan bir çox şəbəkə ƏS-də bu funksiyalar nəqliyyat protokollarında interfeys şəklində realizə olunub. NetWare-də NetBIOS funksiyalarını IPX protokolunun əsasında emulyasiya edən proqram vardır, həmçinin Windows NT və TCP/IP steki üçün də NetBIOS proqram emulyatorları vardır.

Ədəbiyyat

Şıxəliyev R.H. "Şəbəkə texnologiyaları. Mühazirələr kursu" Dərslik. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2017, 143 səh.

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Xarici keçidlər

  • LAN Technical Reference: 802.2 and NetBIOS APIs
  • Implementing CIFS (from the Samba team, published under the Open Publication License)
  • NetBIOS, NetBEUI, NBF, SMB, CIFS Networking
  • LMHOSTS File
  • NETBIOS End Characters / Suffixes – Microsoft Knowledge Base article describing list of NetBIOS Suffixes.
  • Arxivləşdirilib 2014-10-25 at the Wayback Machine – Visual Basic 2010 NetBIOS API source code.
  • Richard Sharpe. "Just what is SMB?". 8 October 2002. İstifadə tarixi: 1 January 2012.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.