Nestle
Nestlé S.A.- Qida məhsulları istehsal edən məşhur İsveçrə kompaniyasıdır. Kompaniyanın əsası 1866-cı ildə Henri Nestle tərəfindən qoyulmuşdur. Kompaniyanın baş ofisi Veve şəhərində yerləşir.[3]
Nestle | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | ictimai şirkət |
Sənaye | qida sənayesi[d] |
Məhsulları | Neskafe, Nestea |
Təsis tarixi | 1866 |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi aktivlər |
|
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
nestle.com | |
Vikianbarda əlaqəli mediafayllar |
1860-1904-cü illər
Nestle şirkətinin yaradılmasına səbəb olan əsas amil Henri Nestlenin körpələrini döşlə əmizdirə bilməyən analar üçün sağlam, və qənaətcil alternativ axtarışı olmuşdu.1860-cı illərin ortalarında ixtisaslı əczaçı olan Nestle bu cür anaların körpələrini qidalandırması üçün alternativ mənbənin yaradılması məqsədilə inək südü, buğda unu və şəkər tozunun müxtəlif kombinasiyalarını təcrübədən keçirməyə başladı. Onun əsas məqsədi pis qidalanma səbəb olduğu uşaq ölümü probleminin aradan qaldırılmasına yardım etmək olmuşdu. O, yeni məhsulu “Farine Lactee Henri Nestle” adlandırdı. Nestlenin ilk müştərisi nə ana südü, nə də ki şərti əvəzediciləri qəbul edən və həkimlər tərəfindən ölüm diaqnozu qoyulan yarımçıq doğulmuş uşaq olmuşdu.
İnsanlar Nestlenin yeni məhsulunun dəyərini uşağın həyatını xilas etdikdən dərhal sonra və bir neçə il ərzində tanıdılar və “Farine Lactee Nestle” Avropanın bir çox ölkələrində satılmağa başladı. Henri Nestle, həmçinin markalaşma gücünü də tez anladı. O, ticarət nişanı kimi öz ailə gerbini yaratdı, alman dilinin İsveçrə aksentində Nestle “balaca quş yuvası” deməkdir. Onun təmsilçilərindən biri təklif etdi ki, yuva İsveçrə bayrağındakı ağ xaçla yerini dəyişməlidir. Onun cavabı isə qəti olmuşdu: ‘’Mən təəssüf edirəm, lakin mən quş yuvasını İsveçrə xaçı ilə dəyişməyə icazə verə bilmərəm. Mən hər bir ölkə üçün müxtəlif ticarət nişanı tərtib edə bilmərəm; xaçdan hər kəs istifadə edə bilər, lakin mənim ailə gerbimdən heç kəs istifadə edə bilməz.’’
Eyni zamanda 1866-cı ildə amerikalı Çarlz və Corc Peyc tərəfindən əsası qoyulan Anqlo-İsveçrə Partnyor Süd Şirkəti 1870-ci illərin ortasında pendir və uşaq qidasını əlavə etməklə öz məhsul xəttini genişləndirdi. Henri Nestledən 1875-ci ildə Jül Monnerat tərəfindən alınan Nestle Şirkəti rəqib şirkətə cavab olaraq özünün qatılaşdırılmış süd məhsulunu yaratdı. Hər iki şirkət 1905-ci ildəki birləşməyə qədər şiddətli rəqib olaraq qaldı. Həmin illər ərzində digər əhəmiyyətli ilklər baş verdi. 1875-ci ildə Vevey sakini Daniel Piter südü kakao tozu ilə birləşdirməklə südlü şokoladın hazırlanma yolunu tapdı.
Henri Nestlenin qonşusu və dostu olan Piter tezliklə dünyanın aparıcı şokolad istehsalçısına çevrilən və daha sonra Nestle ilə birləşən şirkətin əsasını qoydu. 1882-ci ildə Yulius Maqqi adlı isveçrəli bir dəyirmançı paxlalı bitkilərdən istifadə etməklə asanlıqla hazırlana və həzm edilə bilən ərzaq məhsulu yaratdı. Onun tez hazırlana bilən noxud və paxla şorbası Maggi&Company adlı şirkətinin yaradılmasında əsas rol oynadı. Əsrin sonlarına yaxın onun şirkəti təkcə quru, tez hazırlanan şorbalar yox, həmçinin bulyon kubiklər, sous və ədviyyatlar da istehsal edirdi.
1905-1918–ci illər
1905-ci il birləşməsindən sonra yaranan şirkət Nestle və Anqlo-İsveçrə Süd Şirkəti adlandırıldı. 1904-cü ilin əvvələrində şirkətin ABŞ, Britaniya, Almaniya və İspaniyada aparıcı zavodları vardı. 1904-cü ildə İsveçrə Ümumi Şokolad Şirkəti ilə müqavilə imzaladıqdan sonra, Nestle ərzaq məhsullarının arasına şokoladı da əlavə etdi. Şirkət satış agentliklərini yerli filial şirkətlərlə əvəz etdikdən sonra, qatılaşdırılmış süd ixracatı sürətlə artdı. Şirkət 1907-ci ildə özünün ikinci ən böyük ixracat bazarı olan Avstraliyada irimiqyaslı istehsala başladı. Sürətlə böyüyən Asiya bazarını təchiz etmək üçün Sinqapur, Honkonq və Bombeydə anbarlar tikildi.
Birinci Dünya Müharibəsinin əvvəlləri özü ilə kəskin dağıntılar gətirirdi, lakin əsas istehsal avadanlıqları Avropada qalmaqda idi. Xammalın əldə olunması və məhsulların paylaşdırılması həddən artıq çətinləşmişdi. Şirkət bütün Avropada təzə süd ehtiyacını ödəmək üçün demək olar ki, yerli şəhərlərdəki bütün təchizatlarını satmalı oldu. Lakin müharibə dövlət miqyasında süd məsullarına olan tələbatı artırdı. Davam etmək üçün Nestle ABŞ-də mövcud olan bir neçə fabriki aldı. Müharibə bitdikdən sonra şirkətin 40 zavodu var idi və onun dünya üzrə istehsalı 1914-cü ildən bəri iki qat artmışdı.
1918-1938-ci illər
Birinci Dünya Müharibəsinin bitməsi Nestle üçün özü ilə bərabər böhran da gətirdi. Hərbi əməliyyatların dayandırılmasından sonra hökumət müqavilələri öz əhəmiyyətini itirdi və müharibə dövründə qatılaşdırılmış və toz şəklində olan südə adət etmiş mülki istehlakçılar yenidən təzə süddən istifadə etməyə başladılar. 1921-ci ildə Şirkət özünün ilk itikisini qeydə aldı. Xammalın qalxan qiyməti, müharibədən sonra yaşanan iqtisadi durğunluq və məzənnənin dəyərinin düşməsi vəziyyəti daha da kəskinləşdirdi. Nestle rəhbərliyi şirkətin daxili işlərini qaydaya salmaq üçün isveçrəli bank eksperti Luis Dappleni dəvət etdi. O, əməliyyatları sadələşdirdi, istehsalı qiymətlərə uyğun bir şəklə gətirdi və şirkətin ödənilməmiş borclarını azaltdı.
1920-ci illər, həmçinin Nestlenin ilk dəfə olaraq ənənəvi istehsal xəttindən kənara çıxma dövrüdür. Şokolad istehsalı şirkətin ikinci ən mühüm fəaliyyətinə çevrildi. Bir-birinin ardınca maya qatılmış (qıcqırdılmış) süd, həll olunan içki Milo, uşaqlar üçün tozlu ayran və 1938-ci ildə Neskafe kimi yeni məhsullar yaradıldı. Braziliya Kofe İnstitutu böyük kofe izafiliyini azaltmaq üçün yeni məhsul axtarışı ilə əlaqədar 1930-ci ildə Luis Dapple ilə əlaqə qurdu. Səkkiz il davam edən tətqiqatdan sonra həll olunan tozu kəşf edilməsi ilə dünya üzrə kofe içmə vərdişləri inqilabiləşdi. Neskafenin uğurunu 1940-cı ildə Nesti (Nestea) əvəz etdi.
1938-1944-ci illər
İkinci Dünya Müharibəsinin başlaması Nestleyə də öz təsirini göstərdi. Gəlirlərin miqdarı 1938-ci ildə 20 milyon dollardan 1939-cu ildə 6 milyon dollara düşdü. Müharibə dövründə bitərəf olan İsveçrə getdikcə Avropada təcrid olunurdu və şirkət özünün bir çox işçisini Konnektikut ştatına, Stramford şəhərindəki ofisə köçürdü. İlk həqiqi qlobal münaqişə şirkətin ənənəvi stukturunu həmişəlik məhv etdi. Avropa və Asiyada paylaşdırılma ilə bağlı problemləri həll etmək üçün zavodlar inkişaf etməkdə olan ölkələrdə, xüsusilə, Latın Amerikası ölkələrində tikilməyə başlandı.
İkinci Dünya Müharibəsi şirkətin ən yeni məhsulu –Neskafenin tanınmasını sürətləndirdi. ABŞ müharibəyə qatıldıqdan sonra Neskafe Asiya və Avropada vuruşan əsgərlər üçün bir ştapel içkiyə çevrildi. Artıq 1943-cü ildə illik istehsal səviyyəsi bir milyona çatmışdı. Birinci Dünya Müharibəsi dövründə olduğu kimi müharibə dövründə istehsal və satış qiymətləri qalxdı: Nestlenin ümumi satışı 1938-ci ildə 100 milyondan 1945-ci ildə 225 milyona qədər artdı. Müharibə yekunlaşanda Nestle gözlənilmədən dünyada aparıcı qəhvə şirkətinə çevrilmişdi.
İstinadlar
- Consolidated Financial Statements of the Nestlé Group 2022. 2023.
- İllik hesabat. 2017.
- Nestle history: 1866—1905 Arxivləşdirilib 2010-12-05 at the Wayback Machine // nestle.com