Nerva

Mark Kokçey Nerva (lat. Marcus Cocceius Nerva; * 8 noyabr 30; † 27 yanvar 98) — Antoninlər sülaləsinin banisi, "Beş yaxşı imperator"dan birincisi.

Nerva
lat.M. Cocceius Nerva
lat. Marcus Cocceius Nerva Caesar Augustus
bayraq
XII. Roma İmperatoru
bayraq2

18 sentyabr 96 1 yanvar 98
ƏvvəlkiDomisian
SonrakıTrayan(Mark Ulpi Nerva Trayan)
Şəxsi məlumatlar
Doğum adı Marcus Cocceius Nerva
Doğum tarixi
Doğum yeri Roma İmperiyası
Narni
Vəfat tarixi (67 yaşında)
Vəfat yeri Roma İmperiyası
Roma
Dəfn yeri Avqust məqbərəsi
Təhsili Hüquqşünas
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı Rubellia Bassaile
Uşağı Trayan (oğulluğu)
Ailəsi Antoninlər sülaləsi
Dini Çoxallahlılıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Nerva forumunun qalıqları

Həyatı

Nerva Vespasian kimi flavi sülaləsinə mənsub olub, əsilli nəcabətli ailəsi əslən Romadan bir qədər şimalda yerləşən Narnia şəhərindəndir. Babası və atası dövrünün seçilən hüquqşünas və aristokratlarından olmuşlar. Ata-baba sənətinin davamçısı olan Nervanın şairlik və artistlik qabiliyyəti onu imperator Neronun sevimlisinə çevirmişdir. Karyerasına konsul kimi 71-ci ildə imperator Vaspasianın dövründə başlamış və 90-cı illərdə Domisianın hakimiyyəti dövründə davam etmişdir.

İmperatorluğu

96-cı ildə Domisian sui-qəsd nəticəsində öldürüldükdən sonra, artıq yaşlaşmış və sonsuz Nerva senatın dəstəyi ilə 18 sentyabr 96-cı ildə imperator elan edilir və Domisiana qarşı onu xatirədən silmək (lat. Damnatio memoriae) qərarı verir. Senatın bu tədbirli planı digər hakimiyyət iddiaçılarını geri çəkilməyə məcbur edir.

Domisian zamanında sürgün edilənlərin geriyə dönməsinə və mülklərinə yenidən sahib olmasına izin verən Nerva, Pretorian qvardiyasının (latın dili|lat. praetoriani) imperator sarayını hücumundan sonra ordu içində nüfuzunu bərpa etmək məqsədilə Domisianın sui-qəsdində əli olanların edam olunmasına qərar verir və eyni zamanda ispanyalı hərbi komandan Trayanı öğulluğa götürərək ozündən sonrakı xələfi elan edir.

Nerva hakimiyyət dövrünün qısa olmasına baxmayaraq bir neçə humanist islahatlar həyata keçirmişdir. Kasıblara yardım məqsədilə alimentar fond yaratmış, torpaq sahələrinin alqı-satqısına və tikintiyə müxtəlif maliyyə güzəştləri etməklə Romanın tikilib genişlənməsinə nail olmuşdur. Qladiator döyüşlərini müvvəqqəti dayandırmaqla və şəxsi ianələrin artması hesabına dövlət xəzinəsinə gəlirlər artmağa başlamışdır. Onun zamanında hələ Domisian tərəfindən tikintisinə başlanılmış yeni forum (Narva forumu) sona çatdırılmış, yeni infrastrukturlar yaradılmış və su kəmərləri bərpa etdirilmişdir.

Nerva-Antonin sülaləsinin zaman xətti

KommodMark AvreliAntonin PiyAdrianTrayanNervaDomisian
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.