Nepalda COVID-19 pandemiyası

Nepalda ilk koronavirus xəstəsi 5 yanvarda aşkarlanıb.

Nepalda COVID-19 pandemiyası
İlk qarşılaşma 23 yanvar 2020
Statistika
Yoluxma sayı
  • 1.001.154 (9 mart 2023)[1]
Ölüm sayı
  • 12.020 (9 mart 2023)[1]
Sağalanların sayı
  • 118.843 (27 oktyabr 2020)[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nepalda gedişat

Nepalda ilk koronavirus xəstəsi 5 yanvarda aşkarlanıb. Bu xəstə Hubey Universitetindən ölkəsinə qayıdan 31 yaşlı müəllim idi. Bəzi ölkələrdə xəstəxanalar avadanlıqlarla təchiz olunsa da, bu ölkədə avadanlıqlar az idi. Ona görə də, həmin gün Hindistandan, Pakistandan və digər ölkələrdən avadanlıqlar gətirildi. 24 yanvarda fövqəladə vəziyyət oldu. Evdən çölə çıxmaq qadağan edildi. Hamı evdə də qaldı. Xaricdən gələnlər tez karantinaya alındı. Nepal koronavirusun təsirini azaldan nadir ölkələrdən oldu. Həmin gündən çoxlu xəstəxanalar tikildi, bəzi xəstəxanalarda da yataqlar və otaqlar əlavə olundu. Nepal sərhədləri bağladı, ölkələrlə əlaqəni tamamilə kəsdi, bütün görüşləri ləğv etdi, çöldə hər şey qadağan edildi. Ölkə küçələrində həyat iflic vəziyyətindədir. Lakin, ölüm azdır. Məhz buna görə.

Çinlə əlaqə kəsilsə də, 5 fevralda Nepal Çinə 100000-ə yaxın üz maskası göndərdi. Əvəzində Çin də Nepala çoxlu tibbi avadanlıqlar göndərdi. Katmandunun Sindipalçok rayonunda bir neçə insan qızdırmadan şikayət etdi. Onlar test olundu və çoxunda qrip aşkarlandı.

14 fevralda Səudiyyə ƏrəbistanıBƏƏ-dən gələnlər karantinaya aparıldı və onlar test olundu. Heç birində virus aşkarlanmadı və onlar 2 həftə karantində qaldılar.

18 fevralda Çinin Nepaldakı səfirliyi Katmandu Post qəzetində Anti-Çin ideologiyasının üstün tutulduğunu səbəb edərək tənqid etdi. Katmandu Post isə Səfirlik barədə əvvəlkindən daha çox tünd tənqid məqaləsini yazdı. Lakin, sonra həmin nömrə ləğv olundu və Katmandu Post Çindən üzr istədi.

1 martda Çin, İran, Cənubi Koreya, Yaponiyaİtaliya üçün vizalar dayandırıldı.

2 martda Nepal Dialoq Forumu təxirə salındı. Nepal Premyer Liqası da təxirə salındı.

9 martda artıq Almaniya, İspaniyaFransa üçün də vizalar dayandırıldı.

20 martda hətta Milli Məclisin də fəaliyyəti müvəqqəti dayandırıldı. ABŞ Hökuməti Nepala 1.8 milyon dollar ayıracağını bildirdi.

21 martda Almaniya ölkəyə 1 milyon avro ayıracağını bildirdi.

25 martda üçüncü xəstə Səudiyyə Ərəbistanından Nepala, oradan da karantinə getdi.

27 martda dördüncü xəstə BƏƏ-dən gəlmişdi. Tez karantinə aparıldı.

29 martda hökumət dərslərin və uçuşların dayandırılması müddətini 15 aprelə qədər uzatdı.

2 apreldə beşinci və altıncı xəstə Belçikadan gəldi və tez karantinə aparıldı.

Nepal xaricində gedişat

İstinadlar

  1. Dong E., Du H., Gardner L. An interactive web-based dashboard to track COVID-19 in real time (ing.). // The Lancet Infectious Diseases Elsevier BV, 2020. Vol. 20, Iss. 5. P. 533–534. ISSN 1473-3099; 1474-4457 doi:10.1016/S1473-3099(20)30120-1 PMID:32087114
  2. https://github.com/datasets/covid-19.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.