Nepal vətəndaş müharibəsi
Nepal vətəndaş müharibəsi (1996–2006) — 13 fevral 1996-cı ildə ölkənin qərbindəki Maoistlərin silahlı dəstələrinin başlatdığı Maoistlər və Nepal kral hakimiyyəti arasında silahlı qarşıdurma.
Nepal vətəndaş müharibəsi | |||
---|---|---|---|
Tarix | 1996 — 2006 | ||
Yeri | Nepal, Hindistanın bir hissəsi. | ||
Səbəbi | Mütləq monarxiya | ||
Nəticəsi |
Üsyançıların qalibiyyəti:
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Maoistlər "Nepal Xalq Cümhuriyyəti" təsis etmək məqsədi ilə "Nepal xalq müharibəsi" elan etdilər və tədricən ölkənin bir hissəsinə nəzarəti qurdular. 2001-ci ildə kral Maoistlərə qarşı ordunun istifadəsini əmr etdi (əvvəllər yalnız polis hərbi əməliyyatlarda iştirak edirdi). 11.500-dən çox insan öldü və 100.000–1000.000 nəfər evlərini tərk etmək məcburiyyətində qaldı. Ancaq qanunsuz silahlı dəstələrin dağıdılması nəticəsiz qaldı. Münaqişə yerli iqtisadi inkişafı iflic etdi və Nepal cəmiyyətində dərin dəyişikliklərə səbəb oldu.
Münaqişənin səbəbi
Monarxiya sistemi və cəmiyyətin kasta bölgüsü ilə mübarizə bəhanəsi ilə inqilabi qruplar meydana gəldi (baxmayaraq ki, qonşu Hindistanda bu qruplar əvvəllər çoxpartiyalı demokratiyada yaranmışdı). Bəziləri xaricdən Mao Tszedun ideologiyasını və metodlarını, həmçinin silahları borc aldı. Nəticədə hökumət bir sıra təcrid olunmuş ərazilərə nəzarəti itirdi. Oradakı qanuni hakimiyyət məhv edildi və kənd əhalisi orada terror rejimini quran yaraqlıların göstərişlərini yerinə yetirməyə məcbur oldu.
İcmal
Nepal Kommunist Partiyası (Maoistlər) əhəmiyyətli siyasi fikir ayrılıqlarına görə 1994-cü ildə Birləşmiş Xalq Cəbhəsindən ayrıldı. Kral solçuların tələblərinə tabe olmaqdan imtina etdi.
Maoist qruplarının silahlı mübarizəyə hazırlığı 1995-ci ildə başlandı. Təlim, silahlanma və taktiki hazırlıq 60-cı illərin sonlarından bəri Hindistanda oxşar müharibə edən Hindistan Maoistlərinin (Naxalitlərin) köməyi ilə həyata keçirildi.
Əvvəlcə Nepal Kral Ordusu birbaşa döyüşlərə müdaxilə etmədi, çünki problemlərin siyasi üsullarla və polis tədbirləri ilə həll edilə biləcəyi düşünülürdü. Terrorizmə qarşı müharibə və beynəlxalq qeyri-sabitliyə səbəb ola biləcək inkişaf etməkdə olan ölkələrə yardım adı altında ABŞ və Hindistan Nepal hökumətinə hərbi və iqtisadi yardım göstərməyə başladı. Buna cavab olaraq Maoist liderləri Amerikanın müdaxiləsinə qarşı olduqlarını açıqladılar.
Hökumət müəyyən mənada münaqişənin alovlanmasına təsir göstərdi. Monarxiya haqqında "təxribatçı" materiallar[3] yayan, maoistlərin müdafiəsi üçün çıxış edən jurnalistləri həbs etmək və qəzetləri bağlamaqla münaqişəni daha da alovlandırdı. Müvəqqəti atəşkəslə müşayiət olunan bir neçə dəfə danışıqlar aparıldı, lakin bu davamlı sülhə səbəb olmadı. Hökumət üsyançıların tələbi ilə monarxist sistemlə ziddiyyət təşkil edəcək bir konstitusiya qəbul etməkdən qətiyyətlə imtina etdi. Maoistlər hökumətin təkliflərini yetərsiz elan edərək, mübarizəni gücləndirdilər. 2004-cü ilin noyabrında hökumət Kral Qyanendra və Baş nazir Şer Bahadur Derba ilə birbaşa danışıqlar aparmaqdan imtina etdi. Həmçinin üçüncü tərəfin və ya BMT-nin vasitəçilik tələbini rədd etdi.
2005-ci ildən etibarən ölkə ərazisinin əhəmiyyətli bir hissəsi, əsasən mərkəzi və dağlıq bölgələr Maoistlərin tam nəzarəti altına keçdi. Maoist silahlı dəstələr bu və ya digər dərəcədə ölkənin demək olar ki, bütün idarələrində fəal idilər. Hökumət 2004-cü il iğtişaşlarına baxmayaraq paytaxt Katmanduda nəzarəti saxlaya bilmişdi.
Nepalın Tibet ilə Çin sərhəddində, ÇXR-in idarəçiliyində olan silahların saxlanması barədə məlumat yayılmışdı[4].
Döyüşlər və iğtişaşlar 2005-ci ildə də davam etdi. 2004-cü ilin dekabrında 200 nəfər öldü. 1 fevral 2005-ci ildə hökumətin ölkədə nizami bərpa etmək üçün gücsüzlüyünə cavab olaraq Kral Qyanendra hökuməti tam nəzarətə götürdü. Vətəndaş müharibəsi nəticəsində ölkənin ən vacib gəlir mənbələrindən biri olan Nepalın turizm sənayesi zərər gördü, turistlərin sayı xeyli azaldı.
Bununla belə maoistlər Nepala turistlərin gəlməsində heç bir maneədə olmadığını açıqladılar. Üstəlik dağlarda gəzinti üçün nəzarət zonalarına girmələrinə icazə verdilər ki, "inqilabi vergi" (bir adam üçün gündə iki dollar) ödəsinlər, lakin bəzi hallarda yaraqlılar turistlərdən bəyəndikləri əmlakı əllərindən aldılar. Bəzi yerlərdə Buddist monastırlarından möminlərin qurbanları müntəzəm olaraq alınırdı.
Nepal Maoistlərinin qələbəsi Maoistlərin Hindistanda artan fəaliyyətinə böyük təsir göstərdi. Hindistanda maosist qrupların sayı 20 min nəfər olaraq qiymətləndirilir. Onların tam və ya qismən nəzarəti altında ölkənin cənub və şərqindəki geniş ərazilər var. Hindistanda Maoist terroru güclənməkdədir[5][6][7].
Maoistlərə rəsmi dəstək verməyən Çin, qalib olduqdan sonra Nepaldakı nüfuzunu gücləndirir. Cənubi Asiyaya və Hindistan mühitinə nüfuz etmə strategiyasında Maoistlərin güc strukturlarında mövcudluğundan istifadə etməyə çalışır. Öz növbəsində Hindistan və bəzi qərb dövlətləri (Fransa, ABŞ, Portuqaliya, Böyük Britaniya) Nepal hökumətinə hərbi və maliyyə dəstəyi verirdi[8].
Hadisələrin xronikası
1996
- 13 fevral Nepal Kommunist Partiyası (Maoist) tərəfindən "xalq müharibəsi" nin başlanması.
- Kathmandu: Çoxmillətli bir şirkətə məxsus bir içki istehsalı fabrikinə hücum edərək, binaların bəzi hissələrini atəşə tutdu.
- Qorkxa rayonu
- Likör fabrikində partlayış.
- Canqli Kənd Təsərrüfatı İnkişaf Bankına basqın.
- Kavre rayonu: Bir sələmçinin evinin qarət edilməsi: 1,3 milyon rupi müsadirə edildi.
- Rolpa, Rukum və Sindhuli rayonları. Silah anbarları və partlayıcı maddələrin ələ keçirilməsi ilə polis məntəqələrinə hücumlar.
2001
- Yanvar: Hökumət Maoistlərə qarşı silahlı polis bölmələri təşkil etdi.
- 28 may: Sədr Praçanda A World to Win jurnalına müsahibə verdi.
- 1 iyun: Şahzadə Dipendra bütün kral ailəsini güllələdi və intihar etdi (və ya bir mühafizəçi tərəfindən öldürüldü). Mərhum kralın qardaşı Qyanendra kral elan edildi[9][10].
- 3 avqust: Sülh danışıqlarının ilk turu keçirildi.
- 23 noyabr: Maoistlər Nepalın 42 bölgəsindəki polis məntəqələrinə hücum edəndən sonra sülh danışıqları dayandırıldı.
- 26 noyabr: Kral fövqəladə vəziyyət elan etdi və üsyanı yatırmaq üçün ordudan istifadə etdi[11]..
2002
- ABŞ Konqresi Nepal Kral Ordusunun zabitlərini yetişdirmək üçün 12 milyon dollar ayırmış və 5000 M-16 tüfənglə təmin etmişdir[12].
- May: Barışıq danışıqları yarımcıq qaldı[11].
- 11 may Maoist liderləri üçün axtarış elan edildi[11][13].
- May: Baş nazir Deuba Kral Qyanendranın qərarı ilə fövqəladə vəziyyətə müqavimət göstərdiyinə görə parlamenti buraxdı və seçkiləri elan etdi.
- 11 iyul: Belçikanın FN Herstal silah satıcısı Nepal hökumətinə 5.500 tüfəng verdi.
- 4 oktyabr: Kral Qyanendra Baş nazir Deubu və bütün Nazirlər Şurasını ləğv edərək hakimiyyəti öz əlinə aldı.
- 11 oktyabr: Kral Qyanendra Lokendra Bahadur Çandanı Baş nazir təyin etdi.
2003
- Yanvar: ABŞ Nepal ordusuna təlim keçir[12].
- Yanvar: Maoistlər bir gəzinti zamanı bir polis müfəttişini həyat yoldaşı və cangüdəni ilə öldürdülər.
- 29 yanvar: İkinci dəfə atəşkəs elan edilir və sülh danışıqlarına başlanılır[11].
- 13 may: Atəşkəs məsələlərində əməkdaşlıq haqqında razılıq əldə edildi[14].
- 17 avqust: Nepalın mərkəzi Rameçxap rayonunda 19 hərbçi və mülki şəxs öldürüldü[11].
- 24 avqust: Maoistlər hökumətdən atəşkəs sazişini 48 saatda tərk edəcəyini təhdid edərək, partiyalarının Təsis Məclisində iştirakı məsələsini gündəmə daxil etmələrini tələb etdilər.
- 26 avqust: Maoist ultimatumun müddəti başa çatdı[11].
- 27 avqust:
- Tətil. Maoistlər orduların öz kadrlarına hücumunu qınamaq üçün bir günlük tətil etməyə çağırdılar.
- Maoistlər birtərəfli qaydada 29 yanvar[11] atəşkəs razılaşmasından çıxdılar.
- 27 sentyabr: Katmandudan 340 kilometr məsafədə yerləşən Çxta Pohara və Xotanq rtayonlarında təhlükəsizlik qüvvələri ilə atışmada on iki Maoist öldürüldü[15].
- 13 oktyabr: 1000 maoistdən ibarət bir qrup Bxaluvanqdaki polis təlim mərkəzinə basqın etməyə cəhd edərkən ən az 37 adam öldü[16].
- 27 oktyabr: İngilis leytenantı Bhaluvanq əsirliyindən azad edildi. Sədr Prachanda hadisə üçün üzr istədi[17].
- 11 oyabr: Müdafiə Naziri Maoistləri Nepalın qərbindəki Muqu dairəsində 29 şagirdi qaşırmaqda günahlandırdı[18].
- 19 noyabr: Dörd nəfər Katmandudan 114 km şimal-şərqdə, Tibetdəki bir Xas nəzarət keçid məntəqəsində, Nepala silah gətirmək istəyərkən yaxalandı[4].
2006
- Mart-aprel ayları Katmanduda Maoistlər və yeddi siyasi partiyanın dəstəklədiyi digər şəhərlərdə kütləvi nümayişlər keçirildi. Katmanduda çıxışlar bir çox qurbanla nüşaiyyət olundu. Hədəf kralın hakimiyyətdən uzaqlaşdırılması oldu.
- 21 apreldə Kral hakimiyyəti müvəqqəti hökumətə təhvil verməyə hazır olduğunu bildirdi.
- 11 iyulda Nepal Parlamenti Kral Qyanendraya qanunlara və qanun layihələrinə veto qoymaq hüququnu əlindən aldı. Bir ay əvvəl isə deputatlar yekdilliklə padşahın ordu baş komandanı vəzifəsindən uzaqlaşdırdı, toxunulmazlıqdan məhrum etdi (bu andan məsuliyyətə cəlb edilə bilər) və həmçinin vergi ödəməyi əmr etdi. Bundan əlavə deputatlar bu gündən etibarən Qyanendradan Vişnu təcəssümü adını götürərək Nepalı "dünyəvi dövlət" hesab etməyə qərar verdilər. Koalisiya hökuməti quruldu.
- 21 noyabrda yeddi partiyalı hökumət Maoistlərlə barışdı VƏ vətəndaş müharibəsinin bitdiyi elan edildi.
2007
- 14 anvar tarixində Parlament kralı yüksək hakimiyyətdən məhrum etdi və müvəqqəti konstitusiyanı qəbul etdi. Maoistlərə parlamentdə və kabinetdə yerlər vəd edildi. Maosist öyüşçülər silahları təslim edirlər. Razılaşmaya əsasən nizami orduya inteqrasiya olunacağı vəd olundu.
İstinadlar
- Ed Douglas. "Inside Nepal's Revolution..... (just to check..!!!)". National Geographic Magazine, p. 54, November 2005. Douglas lists the following figures: "Nepalis killed by Maoists from 1996 to 2005: 4,500. Nepalis killed by government in same period: 8,200."
- 17,800 people died during conflict period, says Ministry of Peace
- news from nepal as it happen | error page
- "アーカイブされたコピー". 2003-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-08.
- "В Индии маоисты взорвали начальную школу". 2014-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-05.
- "Индийские маоисты убили 18 полицейских". 2014-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-05.
- "Индийские маоисты захватили поезд с 700 пассажирами". 2014-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-05.
- "Nepal Terrorist Groups - Maoist Insurgents". www.satp.org. 2017-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-11.
- "Arxivlənmiş surət". 2006-08-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-05.
- "Усиление беспорядков в Катманду". 2012-07-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-05.
- "Nepal - Maoist Rebels - Worldpress.org". 2013-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-27.
- "Nepal's Maoist cauldron draws foreign powers closer | ReliefWeb". 2013-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-27.
- "photograph". 2005-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-05.
- "news from nepal as it happen | error page". 2013-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-27.
- "AlertNet - A Thomson Reuters Foundation Service - AlertNet". 2013-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-27.
- "AlertNet - A Thomson Reuters Foundation Service - AlertNet". 2013-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-27.
- http://asia.news.yahoo.com/031115/kyodo/d7ur3rho0.htmlı%5B%5D
Mənbə
- Nepal Maoist Kommunist Partiyasının rəsmi səhifəsi
- Nepalnews.com a commercial news website
- The Revolutionary Worker
- A World to Win! News Service Arxivləşdirilib 2006-07-04 at the Wayback Machine
- Непал Maoists, live news feed
- Xippilərin yolu ilə
- НБП в революционном Непале
- BBC Q&A on Conflict
- Strategypage: Military news about Nepal.
- AFP via Australian Broadcasting Corporation, More die in Nepal Maoist insurgency despite truce call, сентябрь 28, 2003.
- A World to Win! Arxivləşdirilib 2006-07-04 at the Wayback Machine via HumanRights.de. *Alarming Development: India Intervenes in Nepal