Nepal coğrafiyası

NepalCənub-Şərqi Asiyada yerləşən dağlıq ölkə. Ölkə ərazisinin  6/7 hissəsini Himalay dağları silsiləsi tutur. Nepal ərazisində dünyanın ən yüksək zirvələri, EverestAnnapurna yerləşir. Ərazisində olan səkkiz zirvənin hündürlüyü 8000 metrdən yüksəkdir (dünyada belə zirvələrin sayı 14 -dür). Nepalın cənub sərhədləri hündürlüyü 200 -250 metr olan ensiz düzənlikdən keçir. Bu ərazi qumlu-gilicəli olub Hind-Qanq ovalığının simal sərhədi hesab olunur. Bu ərazilər nisbətən bataqlaşmışdır. Yay aylarında musson yağışları zamanı tez-tez daşqınlar meydana gəlir.

Nepal coğrafiyası
Qitə Asiya
Region Cənubi Asiya
Koordinatlar 28°00′ şm. e. 84°00′ ş. u.
Sahə
Ən yüksək nöqtə 8 848, Everest dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Geoloji quruluşu və relyefi

Düzən əraziləri şimaldan Sivalik adlı təpəli tirə əhatə edir. Bu tirə Himalay silsiləsinin dağ ətəyi hesab olunur. Hündürlüyü 500-700 metr arasında dəyişir. Himalay dağların ən alçaq hissəsidir. Relyef bu bölgədə kəskin formalara malik deyil. Alçaq dağlar yastıdır və çaylarla kəskin parçalanmış. Sivalik tirəsinin şimal yamacı əkinçilik üçün süni terraslarla parçalanmış.

Sivalik tirəsindən şimalda ensiz təpəli depresiya zonası uzanır. Bu bölgə nepalca - Bhitri-Madeş adlanır. Depresiya zonasından sonra Himalayın orta qurşağı - Mahabharat dağ silsiləsi gəlir. Hündürlüyü 3000 metr olan bu silsilənin eni 16 km-dir. Silsilə bərk süxurlardan təşkil olunduğuna görə az parçalanmış və yamacları dik, zirvələri isə diş formasındadır. Məhs bu ərazidən indiyə kimi mövcud olan yeganə Hindistan-Katmandu yolu keçirdi.

Mahabharat silsiləsi ilə Baş Himalay dağları arasında dərin sinklez - daxili orta zona yerləşir (Midlend və ya Pahar-Khanda). Eni təxminən 25 km, hündürlüyü isə 600-2000 metr arasında dəyişir. Bu bölgədə Himalaydan gələn çaylar birləşir. Daxili zonada kənd təsərrüfatı üçün ən əlverişli olan və ölkənin ən çox məskunlaşmış bölgəsi - Katmadu vadisi yerləşir ( 600 км²).

Midlenddən şimalda Baş Himalay və ya Böyük Himalay silsiləsi yerləşir. Orta hündürlüyü - 6000 metrdir. Nepalca Himalay "qarlar məskəni" demıkdir. Ölkə ərazisindəki 1300 dağ zirvəsi qarla örtülüdür. Bu zirvələri ortasında dünyanın ən hündür zirvəsi  — Everest, və ya Comolunqma (neplaca - Saqarmatha) yerləşir (8848 m). Baş silsilə dik yamacları, şiş zirvələri və dərin dərələri ilə diqqəti çəkir. Nepalın şərq hissəsi, uzunluğu 10 km-dən çox Himalay qrabeni Çinlə olan sərhəddə yerləşir.

Həmçinin bax

  1. Nepal

İstinadlar

Brief and Concise Geography of Nepal

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.