Neoklassik memarlığı

Neoklassik memarlığımemarlıq üslubu.

Neoklassik memarlığın nümunəsi:
Linkoln memorialı, Vaşinqton, ABŞ (2010)

Məzmun

Memarlıqda klassisizm ənənələri ilə bağlı ən çox yayılmış neoklassik cərəyanların 3 mərhələsi fərqlənir:

  1. Təqribən 1910–1920-ci illərin ortaları;
  2. 1930-cu illər;
  3. 1950-ci illərin axırlarından başlanan mərhələ.

1-ci dövrdə eklektizmmodern memarlığındakı forma sərbəstliyinə və bəzəklərin ifrat çoxluğuna qarşı klassik formalar əsas götürülürdü. 1910-cu illər rus memarlığında klassika dövrünün memarlıq prinsiplərinə meyl göstərilirdi (İ.A.Fomin, İ.V.Joltovski və başqaları). 1910–1920-ci illərdə Neoklassik memarlıq ABŞBöyük Britaniyanın rəsmi memarlığı daxilində inkişaf edir, dəbdəbəliyi və monumentallığı ilə fərqlənirdi (Vaşinqtonda Linkoln memorialı, 1914–1922).

1930-cu illərdə İtaliyaAlmaniyada Neoklassik memarlıq vasitələrindən faşist ideologiyasının təbliği üçün istifadə edilmişdi (Romada universitet şəhərciyi, Berlində imperiya dəftərxanası və sair).

1950-ci illərin axırlarından Neoklassik memarlıq əsasən ABŞ memarlığında geniş yayılmışdır (memarlar: E.Stoun, V.Qropius, E.Saarinen və başqaları). Neoklassik memarlıq prinsipləri həmçinin 1930-cu illərin 2-ci yarısı — 1950-ci illərin əvvəllərində sovet memarlığında da əksini tapmışdı.

Ədəbiyyat

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.