Neofreydizm
Neofreydizm — psixologiyanın cərəyanlarından biridir.
Görkəmli nümayəndələri
Neofreydizmin görkəmli nümayəndələrindən biri İsveç psixoloqu Karl Qustav Yunqdur (1875-1961). Yunq Sürix Universitetini bitirdikdən sonra məşhur psixiatr P.Janenin yanında təcrübə keçir və özünün şəxsi psixoloji və psixiatriya laboratoriyasını yaradır. Bu dövrdə o, Z.Freydin ilk əsərləri ilə tanış olur. Sonralar onlar arasında fikir ayrılığı başlandı. Fikir yarılığı qeyri-şüuriliyin təhlili ilə bağlıdır. Yunq Freydin yuxu və assosiasiyalarla bağlı interpretasiyası ilə razılaşmır, hesab edirdi ki, simvolların ardınca gedərək qeyri-şüuri sahəyə daxil olmaq mümkündür. Yunq hesab edirdi ki, xəstənin həkimdən asılılığı getdikcə azalmalıdır, xüsusilə son mərhələd. Yunq bunu transformasiya adlnadırırdı. Freyd və Yunqun yolları 1912-ci ildə birdəfəlik ayrılır. Həmin il Yunqun “Simvolların transformasiyası” kitabı çap olunur və bununla da münasibətlərə son qoyur. Yunq göstərirdi ki, şəxsiyyətin strukturu 3 hissədən – kollektiv şüursuzluq, fərdi şüursuzluq və şüur sırf şəxsi mahiyyət hesab edir, insanın həyatı boyu təşəkkül tapırsa, kollektiv şüursuzluq “nəsillərin yaddaşında” meydana gəlir. Yunqa görə, fərdi psixikanın əsas arxetipləri Eqo, Persona, Ten, Anima və ya Animos və Samostdur. Eqo və Persona asanlıqla şüura daxil olur. Yerdə qalanları isə nisbətən çətin. Eqo şəxsi şüurun mərkəzi elementi olmaqla, dağınıq, pərakəndə şəkildə olan şəxsi təcrübəni sistemə salmaqla, bütövləşdirməklə özünün şəxsiyyətini qavrayıb dərk etməyə imkan yaradır. Persona bizim şəxsiyyətimizin o hissəsidir ki, biz özümüzü başqalarının gözündə necə görmək istəyirik. Persona özündə bizim ifa etdiyimiz rolu, davranış üslubunu, özünü ifadə tərzini birləşdirir. Persona insanı ətraf mühitin təsirindən qoruyur. Ten şüursuzluğun mərkəzi hissəsidir. Necə ki, Eqo bizim şəxsi təcrübəmizi birləşdirir. Ten də şüurdan sıxışdırılmış təəssüratları sistemləşdirir. Ten insanın arzu və meylini şüursuz strukturunun hissələrindən biri, Freydə görə isə mərkəzi həlqəsidir. Anima (kişilərdə) və ya Animus (qadınlarda) psixikanın o hissəsidir ki, əks cins barədə təsəvvürü əks etdirir. Oğlanlara ana, qızlara isə ata daha ciddi təsir edir. Bu arxetiplər insanın davranış və yaradıcılığının formalaşmasında mühüm rol oynayır. Samost-Yunqa görə, Samost şəxsiyyətin həm şüurlu, həm də şüursuz sahələrini əhatə edir. Yunq şəxsiyyətin 2 tipologiyasını – ekstravert və introvert tiplərini ayırır. İntrovertlər özünün daxili aləminə, şəxsi inam və davranış normalarına diqqət yetirir. Ekstravertlər xarici mühitə asanlıqla uyğunlaşır, öz hərəkətlərini qaydalara uyğunlaşdırmağa çalışırlar. Ekstravertliyin yüksək səviyyəsi doqmatizm (ehkamçılıq), intovertliyinki isə fanatiklikdir.
Neofreydizimin tanınmış nümayəndələrindən biri də Alfred Adlerdir (1870- 1937). Adler uşaqlıqda tez - tez xəstələnərdi. O, həkim peşəsini seçir. Vyana Universitetinin tibb fakültəsini bitirdikdən sonra psixiatriya və nevrologiya sahəsi üzrə ixtisaslaşır. 1910-cu ildə Freydin təşəbbüsü ilə Vyanadakı psixoanalitik cəmiyyətin rəhbəri olur. Lakin tezliklə o, Freydin ideyalarının əleyhinə çıxır. 1911-cı ildə Fərdi Psixologiya Assosiasiyasını təşkil edir. 1935-ci ildə Adler ABŞ-a gəlir və həkimpsixiatr vəzifəsində çalışır. Adler şəxsiyyətin inkişafında insanın öz fərdiliyinin tamlığını qorumağa cəhd etdiyini sübuta çalışan yeganə alim idi. Şəxsiyyətin tamlığı, bənzərsizliyi ideyası Adlerin psixologiya elminə töhfəsi idi. Adlerin şəxsiyyət psixologiyası nəzəriyyəsi tam strukura malik olan, şəxsiyyətin inkişaf yolunun variantlarını əks edən sistemdir: 1) Saxta finalizm; 2) üstünlük qazanmağa cəhd; 3) dəyərsizlik hissi və onun kompensasiyası; 4) ictimai maraq; 5) həyat tərzi; 6) yaradıcı “Mən”. Saxta finalizm ideyasını Adler alman filosofu H.Fayqinqerdən götürmüşdür. Fayqinqerə görə, bütün insanlar həyata konstruktsiyalar və saxta yönümlər vasitəsilə uyğunlaşır. Adlerə görə, həyat tərzi insan davranışını formalaşdırır, onun təcrübəsini sistemə salır. İctimai hisslər insanın özü və ətraf mühit arasındakı sistemdən yaranır. Əgər ictimai hisslər həyat tərzinin istiqamətini müəyyənləşdirirsə, hakimiyyət və dəyərsizlik hissləri şəxsiyyətin inkişafını şərtləndirir. Əgər dəyərsizlik hissi insanda olan çatışmazlıqları aradan qaldırmağa sövq edirsə, hakmiyyət hissi insanı nəinki çatışmazlıqları aradan qaldırmağa yönəldir. Bu hisslərin inkişafına kömək edən mexanizm isə kompensasiya adlanır. Adler kompensasiyasının 4 tipini: tam olmayan kompensasiya; bütöv kompensasiya; yüksək olan kompensasiya və yarımçıq kompensasiyaları ayırmışdır. Bununla da o, şəxsiyyətin tipologiyasını verən ilk psixoloqlardan biri sayılır. Adlerin nəzəriyyəsi freydizmə qarşı olmaqla, psixoterapiyanın, şəxsiyyətin psixologiyasının inkişafında mühüm rol oynamışdır.
Mənbə
- Əliyev R.İ. Psixologiya tarixi. Bakı, 2006