Neofaşizm
Neofaşizm — II Dünya müharibəsindən sonra bəzi Avropa ölkələrində görülən "yeni faşist" cərəyanıdır. Faşizmin bu növü müəyyən bir zümrənin deyil, bütün millətin özünü digər millətlərdən üstün görərək önə çıxmaq səyi kimi təsvir edilə bilər. Neonasizm ilə bərabər Avropada və ABŞ-də neofaşist quruluşlar vardır.
Ölkələrə görə neofaşizm
Almaniya
II Dünya müharibəsindən sonra həm Qərbi Almaniyada həm də Şərqi Almaniyada nasist düşüncələri qadağan edilmişdir. Həm Qərbi Həm də Şərqi Almaniyada Hitlerin türbələri və heykəlləri dağıdılmış, nasistlərə məxsus bayraqlar, simvollar, vimpellər və müharibədən geri qalan əşyalar muzeylərdə nümayiş etdirilməyə başlanmışdır. Hər iki Almaniya birləşdikdən sonra bu qadağa yenə də davam etmişdir. Hal-hazırda fəaliyyətdə olan neonasistlər Almaniyada türklər[1] və yahudilər[2] başda olmaqla alman olmayanlara qarşı hücumlar edirlər. Nasiszmi təbliğ etmək və nasizmi müdafiə Almaniyada böyük bir cinayətdir.
İtaliya
İtaliyada da Almaniyada olduğu kimi faşist hərəkətlər qadağan edilmişdir. Lakin, bu qadağalar çox da sərt deyildir. Hələdə İtaliya parlamentində neofaşist deputatlar fəaliyyət göstərirlər. Bundan başqa daha çox italyan gənclərinin yaratdığı Qara Köynəklilər də vardır. Hazırda Milli Faşist Partiyasının yenidən qurulması İtaliya konstitusiyasında qadağandır.
Yunanıstan
1967-ci ildə yaradılan Polkovniklər Xuntası ilə Yunanıstanda 1974-cü ilə qədər hakimiyyətdə qalacaq faşist meyilli bir rejim hakimiyyətə gəldi. Hakimiyyəti intensiv zorakılıq siyasəti ilə əllərində saxlayan xunta rejimi xüsusilə Yunanıstandakı güclü kommunist hərəkatın təsirilə 1974-cü ilde devrildi.
Çili
Çilidə 1973-cü ildə ABŞ-in dəstəyi ilə həyata keçirilən hərbi çevrilişdə Salvador Allendenin demokratik-sosialist hökuməti devrildi və general Avqusto Pinoçet hakimiyyətə gəldi. Pinoçet ölkəni 1989-1990-cı ilərə qədər terror və zorakılıq rejimiylə idarə etdi.
Yenə də tarixçilər arasında Pinoçet rejiminin nə qədər faşist olaraq tanınması məsələsi mübahisəlidir. Pinoçetin dövrünü Çili dövləti üçün post-faşist dövrü kimidə adlandırırlar. Pinoçetin diktatorluğu qüvvətli bir antikomünist mövqe tutmuşdur və həm daxili siyasətlə bağlı, həm də xalqın müxalif təbəqələrinə qarşı basdırma və qırğına qarşı zorakılıq üsulları əvvəlki faşist rejimləri xatırladır.
Lakin, iqtisadi siyasətlərdə Çili dövləti kapitalist bazar liberalizminə üstünlük vermiş, ölkəni xarici investorlara, xüsusilə də ABŞ-yə açmışdır. İrqçilik, lider müqəddəsliyi, xaricə yönəlik təcavüzkar millətçilik Pinoçet diktaturası dövründə 1930-1940-cı illərin faşizmlərində olduğu kimi həlledici rol oynamırdı.
Rusiya
Rusiyada Sovet İttifaqı dövründən bəri faşist təşkilatlarlı olmuşdur. Bu təşkilatlar ilk dəfə Oktyabr İnqilabından sonra kommunizm əleyhinə ifrat millətçi Rus siyasətçilər və insanlar tərəfindən yaradılmışdır, ancaq onların həqiqi mənada faşist olduğunu demək olmazdı. II Dünya Müharibəsi zamanı Sovet İttifaqını dağıdıb yerinə millətçi və milli şüura malik "böyük Rusiya" yaratmaq istəyən kommunizm əleyhdarları Sovet torpaqlarını işğal edən Alman ordusunun tərəfində döyüşmüşlər. II Dünya Müharibəsində Müttəfiqlərin qalib gəlməsi ilə bərabər Sovet İttifaqı Şərqi Avropadakı təsirini artırmışdı. O dövrlərdən bəri kommunist sistemə qarşı çıxıb "böyük Rusiyanı" qurmaq istəyən Rus Neofaşistler tədbirlərini günümüzdə də davam etdirirlər.
Amerika Birləşmiş Ştatları
Amerika Birləşmiş Ştatlarındakı faşist hərəkatlar zəncilərə qarşı olaraq yaranmışdır. Zəncilərə qarşı ziddiyyətində ən öndə gələn təşkilat Ku Kluks Klan təşkilatıdır. Amerikan Nasist Partiyası adındakı neonasist partiya isə zəncilərin əleyhdarı olduğu kimi antisemitist bir quruluşdur.
Türkiyə
Türkiyədə Cümhuriyyətin elanından bəri açıq bir şəkildə partitalaşmış faşist cərəyanlar olmamışdır. Yalnız 1944-cü ildə İrqçilik-Turançılıq məhkəməsində Hüseyn Nihal Atsız və yoldaşlarının həddindən artıq Türkçü deyimləri onların faşizmə meyilli olduqları düşünülməkdə idi. Hüseyn Nihal Atsızın II Dünya Müharibəsi zamnı Nasist Almaniyasını dəstəklədiyi bildirilir. Ancaq bu məsəli ilə bağlı hər hansısa bir yazılı sənəd və ya siyasi ritorika aşkar olunmayıb. Bununla yanaşı, iddiaların əksinə olaraq türkçülərin xüsusilə də Hüseyn Nihal Atsızın faşizmə və nasizmə qarşı olduqlarını bilditən bir xeyli yazılı sənəd və ritorika mövcutdur. İddialar qarşısında ən etibarlı sənəd, Hüseyn Nihal Atsızın "Yolların Sonu" adlı şeir kitabındakı “Dəvət” şeiridir.[2]
Bir çox insan tərəfindən 1971-ci il 12 mart və 1980-ci il 12 sentyabr tarixlərindəki reallaşan hərbi çevriliş dövürləri demokratiyanın zərər görməsi ilə bərabər faşizmlə də əlaqələndirilir. Xüsusilə 12 Sentyabr rejimi güclü antikomminist forması və zorakılığa əsaslanan üsulları ilə Çilidəki Pinoçet hakimiyyətinə oxşar bir sıra xüsusiyyətləri göstərsə də Pinoçet rejimindən fərqli olaraq 12 Sentyabr rejimi, çecrilişin rəhbəri olan Kənan Evrənin prezident olmasına qarşı çıxmış, siyasi partiyaların qurulmasına və parlamentin yenidən fəaliyyətə keçməsinə imkan yaratmışdır.
Günümüzdə internet vasitəsilə təşkilatlanan kiçik türk neofaşist qruplaşmaları olsa da onlar aktiv siyasətdə yer almırlar.
İstinadlar
- "Türk kızına ırkçı saldırı". 18 Mayıs 2008. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
- 2007 Alman nüfus sayım raporları ve suç verileri.