Nejla Dəmir

Nejla Dəmir (1988, Ağrı ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]

Nejla Dəmir
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı
Vəzifədədir
2 iyun 2023-cüildən
Seçki dairəsi2023Ağrı
Şəxsi məlumatlar
Doğum tarixi 1988
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
Təhsili
  • Van Yüzüncü İl Universiteti[d]
Fəaliyyəti mühəndis

Həyatı

Nejla Dəmir 1988-ci ildə Ağrı ilində anadan olub. Van Yüzüncü İl Universiteti Kənd təsərrüfatı Bölməsindən məzun olub. Həmin universitetdə heyvanşünaslıq üzrə magistr dərəcəsi alıb.[1]

Ağrıda aqrar sahəsində çalışıb. Ağrı Kənd təsərrüfatı Palatasında təmsil olunub.[1]

2019-cu ildə Sülh Bulağı əməliyyatı ilə bağlı Gazete Karınca nəşrində dərc olunan məqalələrinə görə barəsində açılan istintaqa əsasən həbs edilib. Bir müddət Ağrı həbsxanasında, daha sonra isə Oltu həbsxanasında saxlanılıb. Həmin ildə bəraət alıb və azadlığa buraxılıb. 2016-cı ildə Gazete Karınca nəşrində dərc olunan digər məqalələrində "prezidenti təhqir etmə" ittihamı ilə 2019-cu ildə barəsində daha bir istintaq açılıb, elə həmin ildəcə bəraət alıb.

2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Ağrı ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Kənd Təsərrüfatı, Meşə və Kənd Məsələləri Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]

İngiliscə bilir. Evli və 2 uşaq anasıdır.[1]

İstinadlar

  1. TBMM. "Nejla DEMİR". www.tbmm.gov.tr (türk). 10.01.2024. İstifadə tarixi: 10.01.2024.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.