Nejdət Sançar
Nejdət Sançar (d. 1910, 1 may, İstanbul - ö. 1975, 22 fevral, İstanbul) — məşhur Türkçü və Turançı, Hüseyn Nihal Atsızın kiçik qardaşı, maarifçi və yazardır. Hüseyn Nihal Atsızla soyadının fərqli olmasının səbəbi isə soyad qanununun qüvvəyə mindiyi zaman bir-birləri ilə əlaqələrinin olmamasıdır.[1][2]
Nejdət Sançar | |
---|---|
türk. Ahmet Nejdet Sançar | |
Doğum tarixi | |
Doğum yeri | Kadıköy, İstanbul |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | İstanbul |
Dəfn yeri | |
Vətəndaşlığı | Türkiyə Cümhuriyyəti |
Milliyyəti | Türk |
Həyat yoldaşı | Rəşide sançar |
Uşağı | Afşın sançar |
Atası | Mehmet Nail |
Anası | Fatma Zehra |
İxtisası | Ədəbiyyat |
Fəaliyyəti | Türkçülük-Turançılıq |
Həyatı
Nejdət Sançar İstanbul Universiteti Ədəbiyyat fakultəsi məzunudur. Əsgərlikdən sonra Sivas Müəllim okuluna ədəbiyyat müəllimi olaraq təyin edilmiş, yalnız o dövrün Milli Eğitim Bakanı Hasan Ali Yüceli qarşılama törəninə qatılmadığı əsas götürülərək bu vəzifədən alınmış və Balikesir Lisesinə göndərilmişdir. Balikesir Lisəsində işinə davam edərkən Türkçülük-Turançılıq adı altında 1944-cü ilin may ayında başlayan və Hüseyn Nihal Atsız, Alparslan Türkeş, Ankara Konservatoriyasının direktoru Orhan Şaik Gökyay, Hikmet Tanyu, Türk tarixi Professoru Zeki Validi Toqan, Reha Oğuz Türkkan gibi Türkçülərin də olduğu dava da tutulmuş və Sıkıyönətim Məhkəməsində olan məhkəmələr sonrası 14 ay həbsə məhkum edilmişdir.Əsgəri Məhkəmə Türkçülər haqqındakı qərarı ləğv etmiş, yəni Nejdət Sançar o zamanlar ‘Tabutluq’ deyilən hücrədə 14 ay boşuna yatmışdı.[1]
Nejdət Sançar 1960-ci ildə oğlu Afşını 16 yaşında itirdikdən sonra ifliç oldu. Afşın üçün 1962-ci ildə Yeni İstanbul qəzetində "Türk Gənçliyi Necə Olmalıdır?" başlıqlı mükafatlı yarışma təşkil olunur. Bu daha sonrakı iki ili də davam edir. Afşının ölümünə görə əmisi Hüseyn Nihal Atsız “Afşınə Ağıt” (mərsiyə) başlıqlı bir şeir də yazmışdır. 1975-ci ildə vəfat etmişdir. Karacaahmet qəbirstanlığında dəfn olunmuşdur.[1]
Ailəsi
Nejdət Sançarın atası Gümüşxananın Torul qəzasının Midi kəndinin Çiftçioğulları ailəsindən Deniz Göyərtə Minbaşısı Mehmet Nail bəy, anası Trabzonun Kadıoğulları ailəsindən Dəniz Yarbayı Osman Fevzi bəyin qızı Fatma Zəhra xanımdır.[1]
Əsərləri
- Tarihte Türk - İtalyan Savaşları
- Irkımızın Kahramanları
- Türklük Sevgisi
- Afşın'a Mektuplar
- Gizli Komünist Belgeler
- Kızıl Cennet Masalı
- Türkçülük Üzerine Makaleler
- İsmet İnönü ile Hesaplaşma
- Türk, Moskof ve Komünist
- Nazım Hikmet Masalı
- Hasan Âli İle Hesaplaşma
- Komünist Nedir?
- Mehmet Emin Yurdakul ve Şiirler
- Türk Kahramanları
İstinadlar
- "Necdet SançarNecdet Sançar". 2016-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-07.
- "Nejdet Sançar". 2016-03-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-07.