Nefelin

Nefelin — mineral.

Nefelin
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
NaAlSiO₄
Strunz təsnifatı VIII/J.02
Xüsusiyyətləri
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu qrupa 2 əsas mineral daxildir: nefelin Na3K[AlSiO4]4 və kalsilit. Seriyanın natriumlu sonuncu üzvü olan aşağı temperaturlu nefelin davamlıdır. Sonuncu 900° C-də yüksək temperaturlu nefelin, 1254° C-də isə karnegiitə keçir. Dərinlik süxurlarında və qneyslərdəki nefelin tərkibi nəzəri formulaya yaxındır və kaliumla zəngindir. Nefelin bəzən Ca daşıyır. Nizamlı və qeyri-nizamlı nefelin məlumdur. Heksaqonal Habitus prizmatik, qısa dirəkvari, qalın lövhəli. İkiləşmə {1010}, {3365}, {1122} üzrə. Ayrılma {1010} və {0001} üzrə qeyri-mükəmməl. Rəngsiz, boz, ətrəngi qırmızı. Parıltı şüşəlidən yağlıya qədər. Sərtliyi 5,5–6. Xüsusi çəki 2,6. Asanlıqla analsimə, kankrinitə, sodalitə, natrolitə, liberenitə keçir. SiO2 ilə kasıb olan müxtəlif süxurların və qneyslərin səciyyəvi komponentidir. Nefelin (sinonim: Eleolit) alüminium, silikat — gel, soda almaq üçün xammal kimi istifadə edilir. Kənd təsərrüfatında torflu turş torpaqlarda gübrə kimi işlədilir.

İstinadlar

    Mənbə

    • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.