Nazir Rüstəmov

Nazir Mürsəl oğlu Rüstəmov (12 aprel 1956, Ağcabədi) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2017).

Nazir Rüstəmov
Nazir Mürsəl oğlu Rüstəmov
Doğum tarixi
Doğum yeri Ağcabədi, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı

Həyatı

Nazir Mürsəl oğlu Rüstəmov 12 aprel 1956-cı ildə Ağcabədidə anadan olub. İncəsənət İnstitutunun dram-kino rejissorluğu fakültəsində (1976-1980), Moskvada rejissorluq kurslarında təhsil alıb (1990-1991). 1982-1994-cü illərdə Ağdam Dövlət Dram Teatrında aktyor, rejissor, daha sonra isə bədii rəhbər vəzifəsində işləmişdir. Müxtəlif illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Füzuli Dövlət Dram Teatrında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Azərbaycan Dövlət Dərbənd Dram Teatrında və Ukraynanın Donetsk Dövlət Dram Teatrında aktyor və rejissor olaraq fəaliyyət göstərmişdir.

2003-cü ildən Şuşa Dövlət Musiqili Dram Teatrında ikinci dərəcəli quruluşçu rejissor vəzifəsində çalışır. İşlədiyi müddətdə Sarı Zakir («Şuşa dağlarını duman bürüyüb», Elçin), Həmzə bəy («Dağılan tifaq», Əbdürrəhim bəy Haqverdiyev), Fətəli şah («Güllələnmiş heykəllərin fəryadı», Hüseynbala Mirələmov), Həsənzadə («Sən həmişə mənimləsən», İlyas Əfəndiyev), Yan («Anlaşılmazlıq», A.Kamyu). kimi xarakterik və yaddaqalan rollar da ifa etmişdir. Quruluş verdiyi tamaşalar: «Kamança» Cəlil Məmmədquluzadə, «Güllələnmiş heykəllərin fəryadı» Hüseynbala Mirələmov, «Sən həmişə mənimləsən», İlyas Əfəndiyev, «Təklif» Anton Çexov, «Durna» Səid RüstəmovSüleyman Rüstəm, «Meymunun dəfni» Nurəddin Qənbər, «Anlaşılmazlıq», A.Kamyu.

2005-ci ildə hazırladığı və Vasili Vasilyeviç Svetlovidov rolununda çıxış etdiyi Anton Pavloviç Çexovun «Qu quşunun nəğməsi» tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi «Boş məkanın dolğunluğu» teatr festivalında «Bədii əsərin ən yaxşı səhnə təcəssümü» nominasiyasında diplomla təltif edilmişdir.

120-dən çox tamaşada rol almış Nazir Rüstəmov həmçinin şair kimi fəaliyyət göstərir və şeirlər yazır.

9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1] 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.[2][3]

Filmoqrafiya

  1. Həm ziyarət, həm ticarət... (film, 1995)
  2. Ah, ədalət!
  3. Bəsdir, ağlama! (film, 1999)
  4. Çinarlı şəhərin generalları. Birinci film (film, 1999)
  5. Günaydın, mələyim! (film, 2008)
  6. Seçilən (film, 2008)
  7. Cavad xan (film, 2009)
  8. Qaydasız döyüş (film, 2009)
  9. Qardaşımdan yaxşısı yox idi (film, 2010)
  10. Heydər Əliyev (film)
  11. Sarıköynəklə Valehin nağılı (film, 1980)
  12. Ondan yaxşı qardaş yox idi (film, 2011)
  13. Döngələr (teleserial, 2012)
  14. Toy gecəsi (serial, 2013)
  15. Həyat sən nə qəribəsən (teleserial, 2013)
  16. Zamanla yaşayan sənətkar. Cahangir Zeynalov (film, 2016)
  17. Səni ürəyim sevdi (teleserial)

İstinadlar

  1. President.az. "Azərbaycan Respublikasının teatr xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.03.2017. 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-09.
  2. publika.az. ""Cəfər Cabbarlı Mükafatı- 2017" təqdim edildi" (az.). Publika.az. 21.05.2017. 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-21.
  3. Ülviyyə Həsənqızı. "2017-ci ilin Cəfər Cabbarlı mükafatı təqdim olunub. Akademik Milli Dram Teatrında təqdimat mərasimi keçirilib" (az.). Primetime.az. 21.05.2017. 2017-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-21.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.